BolgeXeber.Com » Müsahibə-Reportaj » NQÇİ rəisləri pul yığmağın asan yolunu tapıblar

NQÇİ rəisləri pul yığmağın asan yolunu tapıblar

18-09-2010, 11:35
Oxunub: 5 727
Suraxanı və Binəqədidə yataqların ərazilərində ev tikənlərdən 15 min manat tələb edirlər

Son dövrlər təkcə əyalətlərdə deyil, həmçinin paytaxtda da özbaşınalıqların həddi durmadan artmaqdadır. Xüsusən də bu mənzil və əmlak məsələlərində daha qabarıq şəkildə özünü göstərməkdədir. Əvvəllər bu işləri bələdiyyələr həyata keçirirdisə, sonradan icra hakimləri hərəkətə keçdilər. Ardından isə prosesə yerli Neft-Qaz Çıxarma İdarələri (NQÇİ) müdaxilə etməyə başlayıblar.

"Bolgexeber"-ə daxil olan məlumatlara görə, hal hazırda Suraxanı və Binəqədi NQÇİ-nin rəhbərləri neft çıxarılmış ərazilərdə tikilmiş evlərin sakinlərindən pul yığmağa başlayıblar. Məlumatı verən mənbənin bildirdiyinə görə, hər iki rayonun NQÇİ rəhbərlərinin tapşırığı ilə buruqların arasında və ya keçmiş yataqların üzərində inşa edilmiş mənzillərin sahiblərindən 1000-15000 manat aralığında «haqq» tələb edirlər. Bu pulu ödəmək istəməyənlərə isə hədə-qorxu gəlirlər.

Mənbə deyir ki, NQÇİ rəhbərləri həmin pulu verməyəni şəxləri evlərini sökəcəkləri ilə hədələyirlər. Bunu da belə «əsaslandırırlar» ki, guya, həmin evlər ARNŞ-in ərazilərində inşa olunub və onların sökülməsi ilə bağlı konkret sərəncam var. Pulu da istəmələrinin belə «arqumerntləş»dirirlər ki, buna göz yuma bilərlər.