BolgeXeber.Com » Müsahibə-Reportaj » Saatlının icra strukturlarında saxta diplomla da işləmək olar?

Saatlının icra strukturlarında saxta diplomla da işləmək olar?

9-10-2010, 11:35
Oxunub: 5 568

Mollavazlı kənd icra nümayəndəsi Nüsrət Əliyevin ali təhsil üzrə diplomu saxta, özü isə, hərbi xidmətdə deyil, Rusiyada həbsdə olubmuş


Bəllidir ki, istənilən dövlət strukturunda ali təhsilli və qaranlıq keçmişə sahib olmayan şəxslərin xidmət göstərməsi əhəmiyyət kəsb edir. Halbuki, bizim bəzi bölgələrimzdə fəaliyyət göstərən məmurların bəzən peşə qabiliyyəti bir yana qalsın, ümumiyyətlə sıravi vətəndaş qədər belə keyfiyyətlərə sahib olmadığını tez-tez eşidirik.

Yaxın günlərdə, BolgeXeber.Com saytına daxil olan məlumata görə, Satalı rayon Mollvazlı kəndinin icra nümayəndəsi Nüsrət Əlieyvin ali təhsil diplomu saxtadır, özü isə, hərbi xidmətdə olmayıb. Kənd sakinlərinin dediyinə görə, o, kriminal keçmişə malik biridir və Rusiyada həbsdə olub: “Özü isə, rüşvətxorluq və işindən naşı olması ilə tanınır. Onun fəaliyyəti vətəndaşlar arasında dövlətin nüfuzunu salmaqdan ibarətdir.”

Məsələ ilə bağlı məlumat alan kimi, Saatlı rayon icra hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Elnur müəllimlə əlaqə saxladıq. Bizə bildirdilər Nüsrət Əliyevin şəxsi işi ilə maraqlanıb bir sutka ərzində cavab veriləcək. Lakin, sorğyudan iki gün keçməsinə baxmayaraq, bir cavab yoxdur. Hər halda xəbər saytı olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.