XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Qurban Qurbanov: "Sabah hamımız üçün maraqlı matç olacağını düşünürəm"

Qurban Qurbanov: "Sabah hamımız üçün maraqlı matç olacağını düşünürəm""Vacib oyuna çıxacağımızı hamımız bilirik. Hər iki komandanın xalı yoxdur. Bu görüş haqqında çox da danışmağa ehtiyac yoxdur. Komandanı hazırlamışıq. Sabah hamımız üçün maraqlı matç olacağını düşünürəm".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Ukrayna təmsilçisi "Vorskla" ilə oyundan əvvəl deyib.

46 yaşlı mütəxəssis Bakı Olimpiya Kompleksində təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Texniki məğlubiyyətdən sonra psixoloji durum necədir?

- Hər şey qaydasındadır. Fərqli turnirlərdir. Səhvlər olur. Onu aradan qaldırma üçün nə lazımdırsa edirik.

- Donald Gerryenin hazırkı durumu necədir?

- Durumu tam yaxşı olmasa da, onun sabahkı matçda oynamaq ehtimalı var.

- Hannes Halldorsson heyətdə görə biləcəyikmi?

- Buna sabah qərar verəcəyik.

- "Qarabağ" "Vorsla"nı qapısına qol vurmağın yolunu tapıbmı?

- Hələ oynamamışıq. Problem təkcə hücumla bağlı deyil. Qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Bunun üçün çalışacağıq.


- Rəqib Avropa Liqasının qrupunda keçirdiyi hər iki oyunda qol vurub...

- "Vorskla" qol vurmağı bacaram komandadır. Müdafiədə diqqətli olmalı, eyni zamanda hücuma da çıxmağı bacarmalıyıq. Bunların üzərində işləmişik.

- Bilet satışı elə də yaxşı deyil. Bu, sizi narahat edirmi?

- Azarkeşlər hər zaman bizimlə olublar. Onların yenə də öz yerlərini alacaqlarına inanıram.
Bölmə: Müsahibə-Reportaj | 24 oktyabr 2018 14:47





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: