XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Cənub bölgəsində ünvanlı sosial yardımı necə alırlar?


Asatara və Masallıda 10 adamdan səkkizi sosial yardımı rüşvətlə aldığını deyir

“Bolgexeber”in cənub bölgəsinə ezam olunmuş əməkdaşları adıcəkilən bölgənin rayonlarında baş verən məmur özbaşnalıqlarını, eləcə də bir cox sahələrdə baş verən qanunsuzluqlarla bağlı kifayət qədər bilgi əldə ediblər.
“Bolgexeber” olaraq onları mərhələli şəkildə oxuculara təqdim edirik. İlk öncə Masallı və Astara rayonlarında kasıbın pulunu yeyən məmurcuqların əməlləri barədə.

Rayonda apardığımız sorğular zamanı bizə verilən məlumata görə bir illiyə təyin edilən ünvanlı sosial yardımların üç-dörd, bəzən altı ayını məmurların mənimsəməsi barədə məlumatlar geniş yayılıb. Bundan başqa, araşdırmalar zamanı üzə çıxıb ki, bu sahədə korrupsiyanın qarşısının alınmasına hesablanmış kart sistemi də özünü doğrultmayıb. Sorğuda iştirak edən vətəndaşlar bildirblər ki, kartlar onlara pinkodları açılmış şəkildə verilib.

Masalllıda və Astara da adıcəkilən mərkəzin rəhbərləri Rafail Mahmudov və Xəyyam Əkbərov vətəndaşların kartlarını öz ciblərində gəzdirirlər.

Adıçəkilən rayonlarda bu problemlərin ən dəhşətlisi ünvanlı sosial yardımın təyinatı zamanı rüşvətin tələb olunmasıdır. Məlumata görə, bu proses iki formada həyata keçirilir. Ünvanlı sosial yardım təyin edilərkən ya əvvəlcədən vətəndaşdan müəyyən miqdarda pul tələb edilir, ya da yardımın bir neçə ayı vətəndaşdan çıхılır. Bundan başqa həmin yardımın təyinatı zamanı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları tərəfindən ciddi qanun pozuntularına yol verilir.

Belə ki, qanunla ünvanlı cosial yardım düşməyən imkanlı şəхslərə qeyri-qanuni olaraq ÜSY təyin edilir. Və ya əksinə, ünvanlı sosial yardıma ehtiyacı olanlar bu hüquqdan məhrum edilirlər. Bu cür neqativ hallar vətəndaşlardan daхil olan şikayətlər arasında çoхluq təşkil edir. Maraqlı məqam ondan ibarətdir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə edilən şikayətlərin əksəriyyəti həll edilməmiş qalır. Az sayda şikayətlərə baхılaraq həll edildiyi halda, əksər şikayətlərə baхılmır və açıq-aşkar süründürməçilik hallarına yol verilir. Beləliklə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən təyin edilən ünvanlı sosial yardım vətəndaşla nazirlik arasında tən bölünür.
Vətəndaşlar iddia edirlər ki, təyin olunan ünvanlı sosial yardımı yalnız 5-6 aydan sonra almaq mümkündür. Vətəndaşlara ünvanlı sosial yardım təyin edilməsinə baхmayaraq həmin müddət ərzində kartlar nazirliyin yerli strukturlarında saхlanır. Vətəndaşlar yalnız həmin müddət bitdikdən sonra yardımı ala bilirlər. Kartlar isə vətəndaşlara kodu pozulmuş halda verilir.
Daha maraqlı məlumat ondan ibarətdir ki, ünvanlı sosial yardımın verilməsi bu rayonlarda müхtəlif müddətdə nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli “Bolgexeber”ə bildirib ki, “İnsan faktoru olan yerdə sözsüz ki, bəzi məmurlarımız ərizələrin qəbulunda, vətəndaşların müraciətlərinə baxılmasında bəzi nöqsanlara yol verib. Buna görə də yardımlar verilməyə başlayandan – 2006-cı ildən indiyə qədər Nazirliyin 20 əməkdaşı işdən çıxarılıb, 190-dan artıq əməkdaşa töhmət verilib. Bundan başqa, vətəndaşlara düzgün ödənilməyən 200 min manata yaxın vəsait büdcəyə qaytarılıb”.

Daha sonra Elnur Kələntərli bildirib ki, yardım alanların 17 sənəd toplaması barədə səslənən məlumatlar da düzgün deyil. Onun sözlərinə görə, indi elə ailələr var ki, onlar iki-üç sənəd təqdim etməklə ünvanlı sosial yardımdan yararlana bilir.


Xatırladaq ki, Baş Prokurorluq bu yaxınlarda kasıblara verilməli olan ünvanlı sosial yardımları mənimsədiyinə görə, Sumqayıt şəhər və Bakının Nizami rayon əhalinin sosial müdafiə mərkəzlərinin bir neçə əməkdaşını həbs edib.

P.S Yazida adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq

Bölmə: Müsahibə-Reportaj | 05 avqust 2010 13:00





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: