Əlövsət Əliyevin oğlu: "Bütün prosedurlar qanuni çərçivədə aparılır"
6-12-2019, 13:49
Oxunub: 4 185
Oğlu alman polisi tərəfindən saxlanılan "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevlə görüşüb.
Bolgexeber.com xəbər verir ki, bu barədə Modern.az-a Ə.Əliyevin oğlu Türkel Rüstəmxanlı bildirib.
T.Rüstəmxanlı deyib ki, bütün prosedurlar qanuni çərçivədə aparılır:
"Atamla bağlı hər şey qaydasındadır. Amma görüşün detalları barədə mətbuata məlumat verə bilmərəm. Çünki cinayət işi davam edir. Nəticələrin necə olacağı bəlli deyil. Ona görə indidən nəsə söyləmək, kimlərisə ittiham etmək, fikir yürütmək doğru deyil”.
O qeyd edib ki, istintaq getdiyindən əlavə məlumat verə bilmir:
"Yenilik olan kimi ictimaiyyətə məlumat açıqlayacağıq”.
Qeyd edək ki, Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb. Onların arasında azərbaycanlı Əlövsət Əliyev də var. Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes