BolgeXeber.Com » Müsahibə-Reportaj » Rövşən Cavadovun qardaşi Elçibəydən danişdi

Rövşən Cavadovun qardaşi Elçibəydən danişdi

12-05-2011, 16:15
Oxunub: 32 169
Mahir Cavadov: "Mənim bildiyimə görə, Elçibəy Qarabğın ermənilərə verilməsi üçün çalışırdı"


Bir neçə gündür İranın Ərdəbil vilayətinin imam-cüməsi Seyid Həsən Amulinin Qarabağ probleminin yaranan gündən İranın Azərbaycana necə dəstək verməsini göstərən sözləri mətbuatda əsas gündəm mövzusudur. İmam-cümənin sözügedən fikiləri arasında əsasən 2 şəxsin – keçmiş müdafiə naziri Rəhim Qazıyevin və keçmiş OMON rəhbəri Rövşən Cavadovun adları çəkilir. Və bildirilir ki, mövcud hökümətin razılığı, Rəhim Qazıyevin və Rövşən Cavadovun xahişi ilə müdafiə sistemini qurmaq üçün müştərək qərargah yaradılıb.

Məsələnin ciddiliyini nəzərə alıb keçmiş OMON rəhbəri mərhum Rövşən Cavadovun qardaşı, hazırda mühacirətdə yaşayan Mahir Cavadovla əlaqə saxladıq. Bu barədə FaktXeber.com-a açıqlama verən M.Cavadov faktı təsdiqlədi: “Bəli, bunlar faktdır! Qarabağ müharibsində İranin bizə hərbi köməyinin qarşısını o vaxtki rəhbərlik Ermənisatnla Qarabağla bağlı imzaladıqları 12.05.1994-cü il tarixli əbədi (bu sözü məhz Əliyevlər o sənədə rəsmən əlavə ediblər) atəşkəs müqaviləsini imzalamaqla alıblar. Mənim bildiyimə görə, Elçibəy Qarabğın ermənilərə verilməsi üçün çalışırdı. Ermənilər tanklarla Füzuliyə hücum edərkən, Rövşən Cavadov o zamanlar Baş Komandan olan Elçibəydən xahiş etmişdi ki, onun sərəncamında olan anbarlardakı tank əleyhinə silahları OMON-a versin. O isə onları verməsin deyə, Az.TV ilə çıxış edərək demişdi ki, əgər İran tankları Azərbaycana hücum etsələr, o zaman o qarnına mina bağlayıb özünü tankların altına atacaq. Halbuki, o anlarda bizim üstümüzə İran tankları yox, erməni tankları hücum edirdilər. Yəni, Elçibəyin Azərbaycanı ermənilərdən qorumaq fikri yox idi.”