«Məqsədimiz daha çox oxucu kütləsinə sahib olmaqla yanaşı, Azərbaycan reallıqlarını dünyaya çatdırmaqdır»

«Məqsədimiz daha çox oxucu kütləsinə sahib olmaqla yanaşı, Azərbaycan reallıqlarını dünyaya çatdırmaqdır»

«Məqsədimiz daha çox oxucu kütləsinə sahib olmaqla yanaşı, Azərbaycan reallıqlarını dünyaya çatdırmaqdır»Nəsimi Zahidoğlu: «Məqsədimiz daha çox oxucu kütləsinə sahib olmaqla yanaşı, Azərbaycan reallıqlarını dünyaya çatdırmaqdır»

Azərbaycanın media sektorunda xeyli sayda qəzet, jurnal və xəbər portalları olsa da, onların sırasında fərqlənənlərin sayı elə də çox deyil. Özünün reytinqinə, aktiv xəbər yayımlanmasına, operativlik, doğruçuluq və dəqiqlik prinsiplərinə riyayət edənlər arasında önəmli yerlərdən birini də Reportyor.tv saytı tutur.

Bolgexeber.com xəbər verir ki, Reportyor.tv 2012-ci ilin 11 noyabrında təsis edilib. Həmin gündən bəri Xəbər Portalı oxucularını mütəmadi olaran xəbərlə təmin etməkdədir. Saytın rəhbəri Nəsimi Zahidoğlu isə uzun illərdir media sahəsində çalışan peşəkar jurnalistlərdəndir.

Qeyd edək ki, Reportyor.tv bu illər ərzində daima öz prinsiplərinə sadiq qalaraq, oxuculara operativ xəbər yetişdirməklə məşğul olur. İndiyə qədər ən ciddi, ən maraqlı və ən dəqiq xəbərləri yaymaqla sayıt ciddi oxucu kütləsi qazanıb. Elə bu səbəbdəndir ki, bu gün saytın onminlərlə oxucusu var və onlar hər dəqiqə yenilənən Reportyor.tv-nin informasiyaları ilə tanış olurlar.

Onu da bildirək ki, Reportyor.tv bu illər ərzində bir sıra layhələr də həyata keçirib. Oxucu üçün yenilik olan, həmçinin bir sıra vacib sahələrin problemlərini əks etdirən həmin layihələr bu gün də diqqətlə izlənilir və xeyli oxucuya malikdir.

Saytın baş redaktoru Nəsimi Zahidoğlu deyir ki, Reportyor.tv-ni yaratmaqda məqsədləri təkcə daha çox oxucu kütləsi qazanmaq olmayıb. Həmçinin operativ xəbərçiliklə, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq niyyəti güdüblər. «Bu illər ərzində üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə çalışmışıq. Hər zaman oxucunun maraqlarını nəzərə alaraq, onu informasiya ilə təmin etmişik. Bu işi nə qədər bacarmışıq, qiymətini yalnız oxucularımız verə bilər. Hər halda onminlərlə oxucumuzun olması doğru yolda olduğumuzun göstəricisidir».

Zahidoğlu qeyd edir ki, o, Reportyor.tv-yə öz övladı kimi baxır. «Mənim üçün Reportyor.tv sözün həqiqi mənasında övlad kimi bir şeydir. İllərdir əziyyətini çəkdiyim bu saytın bəhrəsini görmək də xoşdur. Əgər bu gün hansısa oxucu zəng edib təşəkkür edirsə və ya yazdıqlarımızdan məmnun qalırsa, bu bizim ən birinci mükafatımızdır».

Baş redaktor çətinliklərdən də danışıb. O deyir ki, Azərbaycan reallığında bir saytın ciddi maliyyə olmadan fəaliyyət göstərməsi xeyli çətindir. Bu sıxıntıları zaman-zaman Reportyor.tv-də yaşayıb. «Bu gün əlimizdəki maddi imkanlarımız yeni-yeni layihələr həyata keçirməyə kifayət etmir. Əlavə maliyyə qaynaqları tapmaq isə indiki halda çox çətindir. Ona görə də, bütün gücümüzü daha çox reklam cəlb etməyə vurmuşuq ki, yeni layihələri maliyyələşdirərək, oxucuların ixtiyarına verək».

Onu da bildirək ki, bu gün həmçinin Nəsimi Zahidoğlunun da doğum günüdür.

Bolgexeber.com olaraq Reportyor.tv-nin kollektivini və saytın baş redaktoru Nəsimi Zahidoğlunu təbrik edir, yeni-yeni naliyyətlər və uğurlar arzulayırıq.
11-11-2019, 09:45
Geri qayıt