Masalli xəstənaxsında özbaşnalıq

Masalli xəstənaxsında özbaşnalıq


Cavanşir həkim: “Bizdə hər şey pulladır. İstəmirlərsə gəlməyə bilərlər”

Rayon rəhbərliyi isə bu qanunsuzluğu ört-basdır edirlər

Bir necə il öncə Səhiyyə nazirliyi belə bir göstəriş verdi ki, xəstəxanalar vətəndaşlara pulsuz müayinədən kecmək ücün şərait yaratmalıdırlar. Yani bir sözlə vətəndaşlar müayinə ücün pul ödəməməlidirlər. Amma cox təəsüflər olsun ki, Səhiyyə Nazrliyinin göstərişlərinə Masallı rayon xəstəxanasında əməl olunmur.

Belə ki, onlarla vətəndaşın şikayətinə əsasən əməkdaşlarımızın adıcəkilən rayonun xəstəxanasında oldular. Vətəndaşlarin bildirdiyinə görə burada müayinə olmaq ucun mütləq Cavanşır adlı həkimə pul verməlisən, verməsən sən müayinədən kecə bilməzsən.

Adıcəkilən şikayətləri əldə rəhbər tutaraq Cavanşır həkimin yanında olduq. Vətandaçların dediyini təsdiq edən həkim bir daha bildirdi ki, mən burada maaşla dolana bilmərəm, mənə tapşırıbıar pul al mən də alıram.
Məsələ ilə bağlı Xəstəxananın rəhbəri Cəlil həkimə müraciət etdik. Cəlil həkim suallarımıza cavab verməkdən imtina etdi. Sonda bir cumlə ilə bildirdi ki, gedin hara yazırsınız yazın.

Bu məsələni Masallı Rayon İcra Hakimiyyətinin təhsil və səhiyyə məsələləri üzrə müavini Nəsir Muxtarlıya bildirdik. Lakin Nəsir müəllimdən orjinal bir cavab aldıq. “ Gedin verin hüquq mühavizə orqanlarına cəzalandırsınlar”

P.S Bizim isə bircə kəlmə sözümüz qaldı. Hörmətli vətəndaşlar çalışın xəstələnməyin.
16-08-2010, 12:25
Geri qayıt