BolgeXeber.Com » Media » Nüşrəvan Səfərovun sürücüsü istəsə hətta Hillari Klintonu da məhkəməyə verər

Nüşrəvan Səfərovun sürücüsü istəsə hətta Hillari Klintonu da məhkəməyə verər

28-03-2013, 16:45
Oxunub: 16 358 Mahmud Rasimoğlu: “Nuşrəvan Səfərov vəzifəsini itirməkdən ehtiyat etdiyinə görə sürücüsünün əli ilə məni susdurmaq istəyir”.
Hamıya məlumdur ki, DİN-in Bakı DYPİ İXHİÜİŞ-nə sürücülər çağırılır və orada onlar saatlarla məmurların qapısında dayanırlar ki,onların problemi öz həllini tapsın. Hər bir sürücüyə də bildirilir ki,onlar avtomobillərini idarə edərkən yol- hərəkəti qaydalarını harada pozublar. Dəfələrlə mən özüm şahidi olmuşam ki,sürücünün pozduğu yol- hərəkət qaydaları ilə bağlı məktub çox nadir hallarda ünvana göndərilir. Çünki Bakıda BPİ DYPİ İXHİÜİ şöbəsi var ki, onun da rəisi Malik İbrahimovdur. Həmin şöbənin inspektorları öz mülki işçilərinə,onlar da öz növbəsində öz mobil telefonlarından yol-hərəkəti qaydalarını pozmuş sürücülərə zənq edərək onlara kameraya düşmələrini bildirir və problemin həll olunması üçün onları idarədəki müvafiq nömrəli otaqlara dəvət edirlər. Sürücü də həmin mülkü işçinin sözü ilə Bakı DYPİ İXHİÜİŞ-nə gələndə görür ki,onun çağrıldığı otağın qapısında böyük bir növbə var. Dayanıb gözləyir və nəhayət növbəsi çatanda işi bağlamaq üçün ondan kamerada əks olunan qanun pozuntusuna müvafiq olan dövlət rüsumundan qat-qat artıq miqdarda rüşvət istəyirlər. Bununla razılaşmayan sürücünün avtomobilinin və sürücülük vəsiqəsinin“taleyinə” və “falına”isə artıq Bakı DYPİ-nin rəisi N.Səfərovun sürücüsü Mərdan Əliyev baxmağa başlayır.Rüşvət verməkdən boyun qaçıran sürücünün avtomobili isə Malik İbrahimovun göstərişi ilə saxlanılır.Bundan başqa bir çox hallarda dövlət idarəsinin qeyri-qanuni şərtlərini qəbul etməyən narazı sürücülərin idarə etdikləri avtomobillər onların əlindən alınır və YPX-nin əməkdaşları yollarda o sürücülərə “tənbeh dərsi” keçirlər ki, daha onlar bir də çağrılan otaqlarda tələb olunan məbləği ödəməkdən boyun qaçırmasınlar. Biz də mətbu orqan olaraq jurnalist araşdırması apararaq öz yazılarımızda Mərdan Əliyevi bu “obrazda” yaratmışıq və bu obraz da Mərdan Əliyevə layiqincə yaraşır. Bir biz yox,çox sürücülər təsdiq edə bilərlər ki,onlar yuxarıda qeyd etdiyimiz şöbədə rüşvət verməkdən boyun qaçırandan sonra,onlara yollarda dəfələrlə YPX-nin əməkdaşları tərəfindən problemlər yaradılıb.Baş redaktor Mahmud Rasimoğlunun yaşadığı ünvana Nərimanov rayon məhkəməsindən bildiriş gəlib ki,Əliyev Mərdan İbadulla oğlu onu məhkəməyə verib və bildirişdə Əliyev Mərdanın yaşadığı ünvan da göstərilib; Badamdar qəsəbəsi, 1-ci massiv,1-ci döngə, ev 35. Bunu oxuyan kimi araşdırma apardıq və bizə bəlli oldu ki,həmin ünvanda Mərdan Əliyevə məxsus villa ucaldılıb.Bundan başqa müəyyən etdik ki, Mərdan Əliyev özü sürücü olsa da deməmişkən onun öz şəxsi sürücüsü var. Biz çox məsələlər araşdırmışıq və rastımıza köməkçinin köməkçisi olması kimi gülməli hallar gəlib,ancaq sürücünün də sürücüsünün olması faktı ilə açığı birinci dəfədir ki,üzləşirik. Bax buradan da istər-istəməz maraqlı bir sual ortaya çıxacaq ki, “bəs polis zabiti,sürücü ayda bir dəfə aldığı quru,o qədər də yüksək olmayan maaşla bu cür möhtəşəm villanı necə tikdirib?!”Deməli belə çıxır ki,doğrudan da o sürücülərin maşınlarının və sürücülük vəsiqələrinin“falına” baxırmış. Mahmud Rasimoğlunun mətbuat vasitəsi ilə müraciəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevədir:
”Hörmətli Kamran müəllim,mətbu orqanın rəhbəri olaraq biz qanunu pozan korrupsionerləri ifşa edərək bunu mətbuatda dərc etməklə bir növ sizin işinizi yüngülləşdiririk və eyni zamanda sizdən də gözləyirik ki, bunlarla bağlı qanuna müvafiq tədbirlər görəsizniz. Ancaq onlara qarşı görülən tədbirlər qənaətbəxş səviyyədə olmadığından əlləri korrupsiyaya bulaşmış məmurlar cəzalanmaq əvəzinə bizi şərəf və ləyəqətlərinin alçalması ilə bağlı məhkəməyə verirlər. Nuşrəvan Səfərov, qalmaqaldan və sonda öz vəzifəsini itirməkdən ehtiyat etdiyinə görə mənimlə mübarizəni özü yox ,sürücüsü Mərdan Əliyev vasitəsi ilə aparmaq istəyir. Ancaq hörmətli Nüşrəvan Səfərova, keçən il mənimlə mübarizə aparmaq istəyən Bakı BPİ-nin Kadrlar İdarəsinin keçmiş rəisi İlqar Əzimovu və həmin idarənin keçmiş şöbə rəisi Rasim Abdullayevi xatırlatmaq istəyirəm.Nəzərinizə çatdırım ki,hal-hazırda Rasim Abdullayev də N.Səfərovun idarəsində xidmət edir və o 10 il bundan əvvəl məni aldadıb aldığı 15 min ABŞ dolları hələ bu günəcən mənə qaytarmayıb. Mən Rasim Abdullayevin əməllərindən DİN-nin rəhbərinə,Korrupsiya ilə mübarizə idarəsinə, hətta sonda möhtərəm prezidentə şikayət etdim,ancaq axırda keçən il şərəf və ləyəqətinin alçalması ilə əlaqədar Rasim Abdullayev məni məhkəməyə verdi. Düzdür , hakim ədalətli qərar çıxararaq Rasim Abdullayevin iddiasını rədd etdi,ancaq Rasim Abdullayev məni aldadıb aldığı 15 min ABŞ dollarını qaytarmaqdan bu günəcən boyun qaçırır. Bununla da mən belə qərara qəldim ki,onun barəsində Antikorrupsiya İdarəsində obyektiv araşdırma aparılmayıb.Bu gün də, mən bilirəm ki, bu kampaniya mənə qarşı başlayıb,necə ki, keçən il də Bakı BPİ-nin Kadrlar İdarəsinin keçmiş rəisi İlgar Əzimov və Rasim Abdullayev tərəfindən mənə qarşı aparılmışdır. Bakı BPİ-nin bir qrup idarə rəisləri birləşərək bu il, keçən ildən yığdığları qisası məndən N.Səfərovun sürücüsü vasitəsi ilə almaq istəyir. Çünki keçən il mənim qaldırdığım məsələ ilə bağlı və DİN-nin əmri əsasında Bakı BPİ-nin Kadrlar İdarəsində aparılan yoxlamalar nəticəsində Kadrlar İdarəsinin rəisi İlqar Əzimov və həmin idarənin şöbə rəisi Rasim Abdullayev tutduqları vəzifələrindən azad olunmuşdular. Və bu gün də həmin Rasim Abdullayev Nüşrəvan Səfərovun idarəsində işləyir, onun sağ əli sayılır.O ,vaxtı ilə Bakı BPİ-də xidmət etdiyi kimi, elə indi də adıçəkilən idarədə xidmət edir. Ona görə də mən hesab edirəm ki,bu keçən ildən yarımçıq qalmış qisasa görə sürücü Mərdan Əliyevin əli ilə mənə qarşı yönəlmiş bir kampaniyadır. Mən yenə də təkrar edirəm ki, əgər Antikorrupsiya İdarəsi vaxtında Rasim Abdullayev barəsində lazımi tədbir görsəydi,bəlkə də bunların mənə qarşı olan bu ilki qisas kampaniyası yarımçıq qalardı. Sonda buradan Nuşrəvan Səfərova sözüm odur ki,sizin necə xidmət etməyiniz hamının gözü qarşısındadır və elə bilməyin ki,heç kimin heç nədən xəbəri yoxdur. Badamdar qəsəbəsində dört mərtəbəli villanı alıb,sonradan da söküb yer ilə bir edib,təzədən tikməyinizdən də xəbərimiz var. Ancaq hansı pullara alıb,söküb və yenidən tikirsiniz,bax bu yəgin ki,oxucularmıza da maraqlı olacaq. Sadəcə biz jurnalistlər,həmrəy olub yuxarıda adıçəkilən şöbənin xidməti otaqlarının qarşısında monitorinq keçirib sürücülərdən soruşmalıyıq ki,kim əlində nə qədər rüşvətlə öz problemlərini həll etməyə gəlir. Bax ondan sonra hamıya aydın olacaq ki,Mərdan Əliyev və yaxud da onun havadarları kimdir və jurnalistlərə qarşı hansı çirkin əməllərdən istifadə edirlər.Nəzərinziə çatdırım ki,mən şəxsən özüm Bakı DYPİ-də qanunlarının pozulmasının dəfələrlə şahidi olmuşam. O ki,qaldı, əslən Laçın rayonunun Minkənd kəndindən olan Mərdan Əliyevə,aldığımız məlumata görə o Nüşrəvan Səfərovun sürücüsü olsa da, N.Səfərov onu adi sürücü kimi saxlamır.Məlumata görə Bakı BPİ-də bir qrup rəhbər vəzifəsi tutanlar Mərdan Əliyevin bu əməllərinə heç də səbəbsiz yerə göz yummurlar.Bizə daxil olan məlumata görə onun qohumları N.Səfərovun fermasına rəhbərlik edərək qonşu Gürcüstandan iri və xirda buynuzlu mal-qara gətirib Bakı BPİ-nin bir qrup idarə rəislərinin restoranlarını ət məhsulları ilə təmin edirlər. Yəni ,bir sözlə desək,bir gün əgər Mərdan Əliyevin əmri ilə onun qohumları qonşu dövlətdən gələn mal-qaranı gətirməsələr çox güman həmin restoranlar öz müştərilərini kütləvi surətdə itirər. Hamı öz obyektlərinin müştərilərin fikirləşir,ancaq Mərdan Əliyev idarədə kimlərin başına nə oyun açması Bakı BPİ-nin bir qrup idarə rəislərini görünür maraqlandırmır. Bəlkə də onlara bunlarla “maraqlanmaq” heç sərf etmir də. Bu səbəblərdən mənim DİN-nin rəhbəri cənab Ramil Usubova göndərdiyim şikayət ərizəsi Bakı BPİ-nin təşkilati inispektor idarəsinin rəisi Əli Haciyev tərəfindən silindi və buna görə də mən məcbur olub möhtərəm prezidentə müraciət etdim. Mən belə baxıram ki, möhtərəm prezidentin fevral ayının 12-də özbaşnalıq edənlərə etdiyi xəbərdarlıqlar, iradlar bu məmurlara dərs olmayıb ki,bunlar yenə də öz əməllərindən əl çəkmirlər. Əgər adi bir sürücü böyük bir təşkilatın mal-qara məsələsini həll edirsə demək o çox qüdrətli adamdır və bu baxımdan mən inanıram ki, o nəinki məni ,lazım gəlsə hətta Hillari Klintonu belə şərəf və ləyəqətinin alçalması ilə bağlı məhkəməyə verməkdən çəkinməz. Axı Bakı BPİ-nin yüksək rütbəli məmurlarının işi Mərdan Əliyevdən keçir. Səhər sürücünün qohumları,onların obyektlərini ətlə təmin etməsə onların bizinesi iflasa uğrayar.Axı onlar müflis oduqları təqdirdə təqaüdə çıxandan sonra quru təqaüdin ümidinə qalmalı olarlar. Mərdan Əliyevin məlum devizi var:kim deyir ki,haqq-ədalət yoxdu,haqqını ver ədalətini al! Və görünür ki,bu dəfə Mərdan Əliyevin haqqına düşən deyəsən çox ağırlıq edib ona,ona görə də dəymiş ziyanı məhkəmə vaistəsi ilə məndən çıxartmaq istəyir.Bax bu vaxtı bir lent kimi, gözümüzün qabağına Mərdan Əliyevin yaşadığı villa gəldi.Təxmini hesablamalara görə bu villanı dövlətdən aldığı maaşla tikdirmək üçün Mərdan Əliyev DİN-də ən azı 100 il xidmət etməlidir. Məhz qaldırdığım bu səbəblərdən də Mərdan Əliyevin Bakı şəhərinin sürücülərinin “falına” baxması bizim yazdıqlarmızda tez-tez öz əksini tapır. Hörmətli Mərdan Əliyev ,burda hansı şərəf və ləyaqətdən söhbət gedə bilər? Fala baxmaq nə vaxtdan və hansı məntiqlə,qanunla təhqir sayılır? Məgər dördüncü hakimiyyət olan mətbuatın obyektiv tənqidi yazısı şərəf və layəqətin tapdalanması kimi başa düşülməlidir?! Bu məntiqlə onda elə gündə minlərlə məqalə yazan jurnalistləri də ucdantutma cəzalandırmaq lazımdır.Axı mətbuat cəmiyyətin ağrılı məsələlərini, ölkədəki problemləri araşdırıb ,nöqsanları tapıb onu işıqlandırmaqla birbaşa dövlətçiliyin gücləndirilməsinə xidmət edir ki,bu da hakimiyyətin marağındadır.Nəyə görə təhqir edilən ,təyziqlərə məruz qalan,cərimələnən,zərərçəkən,haqsızlığa düçar olan,sözün düzünü yazan, mən , qanunları pozanlar isə onlar olduğu halda, mən onları məhkəməyə vermək əvəzinə,məsuliyyətə cəlb olunmalı adamlar məni məhkəməyə verirlər. Üstəlik mənə qarşı 20 min manat təzminat iddiası qaldırırlar...Tərsinə deyilmi?!
Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq...
Rasimoğlu



Qafqazregion.az