BolgeXeber.Com » Media » Nazir mətbuat katibini işdən azad etdi

Nazir mətbuat katibini işdən azad etdi

21-06-2019, 17:06
Oxunub: 3 491 Nazir mətbuat katibini işdən azad etdiKənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi Rövşən Vəziroğlu işdən çıxıb.

Bolgexeber.com xəbər verir ki, bunu R.Vəziroğlu özü bildirib.

Onun sözlərinə görə, bu vəzifədə 3 il yarım çalışıb.

Hazırda Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi vəzifəsini uzun illər Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi olmuş Murtuzəli Hacıyev icra edir.

Qeyd edək ki, bu ilin yanvarın 14-də Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb./Report/