BolgeXeber.Com » Media » Jurnalistin qardaşının evi ikinci dəfə qarət edilib – Video

Jurnalistin qardaşının evi ikinci dəfə qarət edilib – Video

20-08-2019, 10:41
Oxunub: 6 432 Jurnalistin qardaşının evi ikinci dəfə qarət edilib – VideoBinəqədi rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb

Hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib.

Belə ki, Vüqar Dərziyevə məxsus fərdi yaşayış evindən naməlum şəxslər 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Ekspertlər əl izlərini müəyyən edib. Araşdırma aparılır.
Ev sahibi V.Dərziyevin APA-ya verdiyi məlumata görə, iki il öncə evindən oğurluq edilib. Bundan əlavə ətrafda yerləşən yaşayış evlərindəndə oğurluq edilib.

Qeyd edək ki, V.Dərziyev jurnalist Elnarə Dərziyevanın qardaşıdır. (apa)