BolgeXeber.Com » Media » Mübariz İbrahimovun şəkli ilə sərhədi vizasız ilk o keçdi -VIDEO

Mübariz İbrahimovun şəkli ilə sərhədi vizasız ilk o keçdi -VIDEO

3-09-2019, 11:34
Oxunub: 5 263 Mübariz İbrahimovun şəkli ilə sərhədi vizasız ilk o keçdi -VIDEOSentyabrın birindən etibarən Türkiyə vətəndaşları üçün Azərbaycana viza rejimi ləğv

Bir neçə gündür ki, ölkəmizə gələn Türkiyə vətəndaşları yalnız xarici pasportları ilə sərhədi keçirlər. Vizasız rejimdən yararlanan ilk Türkiyə vətəndaşının jesti isə olduqca maraqlıdır. O, öz avtomobilinə milli qəhrəman Mübariz İbrahimovun şəklini yapşıdırb.

Türkiyənin Qaziantep şəhərindən olan Yılmaz Dilsiz bir neçə ay öncə ailəsi ilə birlikdə Azərbaycana gəlməyi planlaşdırıb.Viza rejiminin ləğvini eşidən Yılmaz Dilsiz sərhədi keçmək üçün avqustun 31-də gecə saat 12-ni gözləyib.

Y. Dilsiz Azərbaycana gəlməzdən öncə avtomobilinə milli qəhrəmanımız Mübariz İbrahimovun şəklini vurdurmaq istəyib. Bunun üçün Türkiyədəki mətbəələrin birinə gedərək milli qəhrəmanımızın böyüdülmüş şəklini çap etdirmək istəyib.