BolgeXeber.Com » Media » Putin Ağabəy Əsgərova medal verdi

Putin Ağabəy Əsgərova medal verdi

8-10-2019, 18:06
Oxunub: 5 659 Putin Ağabəy Əsgərova medal verdiRusiya Prezidenti Vladimir Putin "Azərbaycan" nəşriyyatının direktoru Ağabəy Əsgərovu "Puşkin" medalı ilə təltif edib.

Bolgexeber.com xəbər verir ki, A.Əsgərov iki ölkə xalqlarının mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı inkişafına görə medala layiq görülüb.

Qeyd edək ki, "Puşkin" medalı 1999-cu ilin 9 may tarixində Rusiya Federasiyası Prezidentinin 574 saylı qərarı ilə təsis edilib.

Medal vətəndaşlara incəsənət və mədəniyyət, təhsil, ədəbiyyat və humanitar sahələrdəki fəaliyyətinə, mədəni irsin öyrənilməsi, qorunması, millətlərin mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı inkişafı, həmçinin yüksək mədəni obrazların yaradılmasında iştiraka görə verilir.