Fəzail Ağamalı xanım jurnalisti özünə müşavir təyin etdi
2-12-2019, 13:17
Oxunub: 3 064
“Ana Vətən” Partiyasında yeni təyinat olub.
Tanınmış jurnalist Jalə Mütəllimova partiya sədri, deputat Fəzail Ağamalının təklifi ilə müşavir təyin edilib. Jalə Mütəllimova Modern.az-a yeni vəzifəsi haqqında bunları deyib:
“Uzun müddətdir dəvət var idi. Nəhayət qərara gəldim ki, qəbul edim. Bundan sonra AVP-də partiya sədrinin təhlil və proqnozlaşdırma üzrə müşaviri kimi siyasi-ictimai fəaliyyətimə davam edəcəyəm”.
Jalə Mütəllim qızı Mütəllimova 1976-cı ildə Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbi bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və ədəbiyyatı fakültəsinin məzunudur.
1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib.
1993-1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub. “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində çalışıb. 2000-2004-cü ilədək “Azadlıq” radiosunun Bakı ofisində efir moderatoru, reportyor kimi fəaliyyət göstərib.
2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı kimi çalışıb. 2006-2012-ci illərdə "Azərbaycan Dövlət Televiziyası və Radiosu" Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib. Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub. 2013-cü ildə “APA Holdinq”də yenidən fəaliyyətə başlayıb. Holdinq nəzdnindəki APA TV-də teleaparıcı və layihə rəhbəri olub. Holdinqin Lent.az, kulis.az saytında köşə yazarı olub.
2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarıdır. Paralel olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyində, “Təhsil TV”də və “Azərbaycan müəllimi” qəzetində layihə təhbəri, yazar olaraq fəaliyyətdədir. 2019-cu ildən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun dəstəkləyən, sosial ədalətsizliklərin göstəricisi olan məsələləri işıqlandırmaq üçün jalebloq.az saytını yaradıb, fərdi bloq fəaliyyəti ilə məşğuldur. Ailəlidir, üç övladı var.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər