BolgeXeber.Com » Media » Medianın istinad problemi: - Müəllif hüququ və haqqı pozulur

Medianın istinad problemi: - Müəllif hüququ və haqqı pozulur

14-12-2019, 10:40
Oxunub: 3 533 Medianın istinad problemi: - Müəllif hüququ və haqqı pozulur“Mediada istinad problemi kifayət qədər mürəkkəb məsələdir”.

Bunu Sherg.az-a açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. Sədr müavini bildirib ki, burada müəyyən nüanslar var:

“Gündəlik verilən informasiyalarda müəllif hüququ yaranmır. Müəllif hüququ jurnalistin xüsusi axtarışı nəticəsində ortaya çıxardığı informasiya və araşdırma yazılar üçün keçərlidir. İnformasiyanın yayılma məqsədi onu ictimaiyyətə çatdırmaq, oxunmasına nail olmaqdır. Ona görə də, bütün saytlar eyni informasiyanı tirajlaya bilərlər. Ancaq problem ondadır ki, Azərbaycan mətbuatında bu haldan sui-istifadə olunur. Çoxları iddia edir ki, gündəlik informasiyada müəllif hüquqları olmadığına görə, ürəkləri istədikləri formada yararlana bilərlər. Amma əslində belə deyil. Məsələnin ikinci tərəfi də var. Burada müəllifi hüququ yox, müəllif haqları ortalığa çıxır. Bu söz ingilis dilində çox rahat ifadə olunur. Bir var “copyright”, yəni müəllif hüququ, bir də var “authorright”, yəni müəllif haqqı. Çünki informasiyanı alıb yayan ilk mənbə istənilən halda burada vaxt və vəsait sərf edib, zəhmət çəkib. Yəni burada müəyyən haqq əmələ gəlib”.

M.Ələsgərlinin sözlərinə görə, müəllif haqqını qorumaq üçün informasiyanı yayarkən ilk mənbəyə istinad etmək lazımdır:

“İstinad verməklə əslində müəllifin haqqını tanımış oluruq. Çox təəssüf ki, Azərbaycanda bu halın ikisi də - həm müəllif hüququ, həm də müəllif haqqı pozulur. İnformasiya müəllif hüququ ilə qorunmadığına görə məsələdə boşluq var. Bəzi saytlar bu boşluqdan sui-istifadə edirlər. Məncə, problemə qarşı ən yaxşı mübarizə istinad etməyən media orqanlarını ifşa etmək və cəmiyyətə məlumat verməkdir. Çünki belə halda ictimayyət hansı saytların etibarlı olmadığını bilir”.