BolgeXeber.Com » Media » “Qafqazregion.az” xəbər portalı “Qafqaznews.az”la əvəzlənəcək

“Qafqazregion.az” xəbər portalı “Qafqaznews.az”la əvəzlənəcək

27-06-2013, 10:30
Oxunub: 15 629 Bolgexeber.com bildirir ki,, Qafqazregion.az xəbər portalının gələn ayın 19-u bir yaşı tamam olur. İyul ayının 19-u, həm də, xəbər portalının təsisçisi və baş redaktoru Mahmud Rasimoğlunun doğum günüdür və bu tarixlərin üst-üstə düşməsi heç də təsadüfi deyil.Çünki, Qafqazregion.az xəbər portalı keçən il ,məhz Mahmud Rasimoğlunun 35 illik yübileyi münasibəti ilə təsis edilmişdir. Təsis edilən gündən, Qafqazregion.az xəbər portalı ölkənin elektron mətbuatında öz mövqeyini ortaya qoymağı bacarmışdır. Portal özünəməxsus dəsti-xətti ilə seçilərək həqiqi müstəqilliyi ilə digər xəbər portallarından fərqlənə bilmiş və bir çox mühüm məsələləri işıqlandıraraq gündəmə gətirmişdir. Düzdür ,ölkə ictimaiyyətini narahat edən qaldırdığımız məsələlərə görə baş redaktor Mahmud Rasimoğlu dəfələrlə təyziqlərə məruz qalmışdır.Onu susdurmaq məqsədi ilə baş redaktor haqsız yerə bir neçə dəfə məhkəməyə verilmişdir ki,bu məhkəmə proseslərində də hakimlər bəzilərinin göstərişi ilə sifarişli və ədalətsiz qərarlar çıxartmışdılar.

Bundan başqa , tənqidi və obyektiv yazıları ilə bağlı baş redaktorumuz naməlum şəxslər tərəfindən izlənilmiş , hətta Əflatun Amaşovun adından yalançı “Əflatun Amaşov”un zəng etməsi kimi maraqlı faktla qarşılaşmışdır. Ancaq bütün bu təyziqlərə baxmayaraq baş redaktor Mahmud Rasimoğlu Qafqazregion.az xəbər portalının fəaliyyətini nəinki dayandırmamış,əksinə təyziqlərdən çəkinməyərək mətbuatda daha da kəskin yazılarla çıxış etmişdir.Qeyd edək ki, bu dövr ərzində baş redaktor Mahmud Rasimoğlu “Qafqaz Region” İctimai Birliyini təsis edərək həmin birliyə sədr seçilmişdir. Düzdür ,həmin İctimayi Birliyi təsis edəndən sonra baş redaktor Ədliyyə Nazirliyində qeydiyyatla bağlı süründürməçiliklə rastlaşmışdır ki, bununla əlaqədar, Qafqazregion.az xəbər portalında bir sıra yazılar da getmişdir.

Onu da qeyr edək ki, Qafqazregion.az -ın fəaliyyəti tam mənada bitmir;oxucuların nəzərinə çatdırmaq istəyirik ki, Qafqazregion.az saytı Qafqaznews.az adlı yeni təsis edilən müasir tərtibatlı saytın içində bölmə kimi fəaliyyət göstərəcək və dəyərli oxucularımız axtarış sistemlərində və elə təzə saytın içində “Qafqazregion.az” sözlərini yazanda Qafqaznews.az xəbər portalının səhifəsi açılacaq. Həmçinin Qafqazregion.az- ın arxivi bölmə şəkilində Qafqaznews.az -ın içində oxucularımıza təqdim olunacaq ki,oxucular da o arxivdən rahat şəkildə istifadə edə biləcəklər.

Qafqaznews.az (Qafqaz xəbərləri) portalı öz oxucularına bir neçə yeni layihələr təqdim etməyi planlaşdırır. Bundan əlavə müasir standartlara cavab verən yeni dizaynlı portalımızda hər gün cəmiyyətin bütün sahələrini əhatə edəcək onlarla xəbər, yazı və araşdırmalar dərc ediləcək. Portalda həmçinin yerli və dünya xəbərləri ilə yanaşı, tanınmış müəlliflərin yazıları, jurnalist araşdırmaları, müsahibələr, ekspert rəyləri də dərc olunacaq. Bundan başqa portalda Azərbaycan internet mediası üçün ənənəvi olmayan,müsabiqələr,layihələr,rubrikalar və s. yeniliklər təqdim olunacaq. .

Müstəqil informasiya siyasəti həyata kecirən yeni internet mətbu orqan da öz sələfi- Qafqazregion.az kimi siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etməyəcək, obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayacaq. Mahmud Rasimoğlu bizə açıqlamasında bildirdi ki,saytın bölümlərində müxtəlif maraq dairəsi olan oxucular, reportajlardan, araşdırmalardan, siyasətdən şou-biznesə qədər geniş spektrdə olan maraqlı materiallarla tanış ola biləcəklər.Yeni xəbər portalında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında baş verən yeniliklərlə,ordumuzla bağlı məsələlərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər operativ şəkildə oxuculara çatdırılacaq.

Nəzərinizə çatdıraq ki, Qafqaznews.az- ın da təsisçisi və baş redaktoru Mahmud Rasimoğludur .Xatırladaq ki,yeni xəbər portalı Qafqazregion.az kimi məhz iyul ayının 19-u oxuculara təqdim olunacaq. Bundan əlavə nəzərinizə çatdıraq ki, Qafqaznews.az da Qafqazregion.az xəbər portalı kimi “Qafqaz Region” İctimayi Birliyinin rəsmi mətbu orqanı sayılacaq. Qafqaznews.az-ın daha bir özəlliyi ondan ibarətdir ki, oxucuların ,portaldakı xəbərləri dünyanın bir çox dillərində oxumaq imkanı olacaq və portalın bannerləri dünyanın tanınmış ,böyük oxucu kütləsinə malik olan bir çox nüfuzlu saytlarında yerləşdiriləcək.Bu baxımdan Qafqaznews.az-da təqdim olunan obyektiv informasiyaları nəinki ölkədəki ,həmçinin ölkə xaricində,başqa dilli oxucular da izləmək imkanı əldə edəcəklər.Bir sözlə, gözləməyə dəyər!

Qafqazregion.az
Bolgexeber.com