BolgeXeber.Com » Xəbərlər » Şəmkirdə mağazadan 3000 manat oğurlanıb

Şəmkirdə mağazadan 3000 manat oğurlanıb

2-02-2019, 16:38
Oxunub: 1 712 Şəmkirdə mağazadan 3000 manat oğurlanıbŞəmkir rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə fevralın 1-nə keçən gecə Şəmkir şəhər ərazisindəki mağazaların birində qeydə alınıb. Həmin mağazadan 3000 manat və müşahdə kamerasının yaddaş bloku oğurlanıb.

Şəmkir rayon Polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazanı yarmaqda şübhəli bilinən rayonun Düyərli kənd sakini A.Hümbətli saxlanılıb.