BolgeXeber.Com » Xəbərlər » Prezident “Azərkosmos”a iki milyon manat ayırdı

Prezident “Azərkosmos”a iki milyon manat ayırdı

5-02-2019, 18:10
Oxunub: 1 784 Prezident “Azərkosmos”a iki milyon manat ayırdıPrezident İlham Əliyev Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının peyk vasitəsilə xarici ölkələrdə yayımını təşkil etmək üçün “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 2,0 (iki) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.