BolgeXeber.Com » Xəbərlər » 18 yaşlı qızı öldürən infeksiya - Heyvandan keçən bakteriyanın əlamətləri

18 yaşlı qızı öldürən infeksiya - Heyvandan keçən bakteriyanın əlamətləri

9-02-2019, 12:13
Oxunub: 2 728 18 yaşlı qızı öldürən infeksiya - Heyvandan keçən bakteriyanın əlamətləri18 yaşlı tələbə qız Nərdanə Tağızadənin bu vaxta kimi adını eşitmədiyimiz Leptospiroz adlı infeksiyadan vəfat etməsi barədə məlumat yayılıb

Belə ki, həkimlər qızın əvvəlcə " donuz qripi” virusuna tutulduğundan şübhələnsələr də, sonradan analizlərdə bu virusa yoluxma aşkarladıqlarını bildirdilər.

Lakin gün ərzində Səhiyyə Nazirliyinin verdiyi açıqlamasında xəstənin Leptospirozdan ölmədiyi barədə məlumat verildi.

Leptospiroz nədir, niyə bu xəstəlik insan ölümünə səbəb olur.

Bolgexeber.com Medicina.az-a istinadən bu barədə araşdırmanı təqdim edir.

Leptospiroz – heyvanlara xas infeksion xəstəlikdir, lakin heyvandan insana da ötürülə bilir. Bakteriyanın adı Leptospirdir, 10 oyadıcı növü var.
Bu bakteriya daha çox siçanlarda, itlərdə, xırdabuynuzlu heyvanlarda, iri buynuzlu mal-qarada, qabanlarda olur.

Yoluxma yolu:

Bakteriya xəstə heyvanın orqanizmindən sidiklə çıxır və açıq havada həftələrlə, aylarla yaşaya bilir. Suda, torpaqda məhv olmur. İnsanlar bu bakteriya ilə heyvanın sidiyi ilə təmasda olduqda və ya bakteriyanın olduğu su və ya mühitə əl-ayağını vurduqda, dəri və selikli qişa vasitəsilə yoluxur. Məsələn, insan xəstə heyvanın sidiyi olan axr olmayan suda çimərsə yoluxa bilər.

Leptospiroz – həm də peşə xəstəliyidir. Daha çox veterinarlarda, heyvanlarla işləyənlərdə, fermerlərdə, eləcə də su hövzələri, kanalizasiya sistemində çalışanlarda rast gəlinir.

Son dövrlərdə isə durğun sular olan yerlərə insanların gəzintisi zamanı bu virusa yoluxma hallarının çox olması barədə qeydlər var.

Xəstəliyin əlamətləri:

Leptospiroz – simptomsuz yüngül formadan tutmuş ən ağır formalarla belə özünü göstərə bilər.
Çox insanlar bu xəstəliyi yüngül keçirir.

Ağır forması yüksək hərarət, baş ağrısı, əzələ ağrısı. Qanaxma, qansızma, qarında ağrılar, ishal, qusma ilə gedir. Nadir halda öskürək olur, amma qanlı bəlğəm gəlir. Çünki bu bakteriya kiçik qan damarlarında qansızma yaradır. Ən birinci əlaməti: xəstənin gözlərinin içinin qızarması. qan çəkməsidir. Xəstənin qol və ayaqlarında qırmızı ləkə kimi səpkilər əmələ gəlir.

İlk başda qripə bənzəyir. Ona görə xəstə sadəcə qrip olduğunu düşünüb həkimə getmir.

Çox az sayda insanda kəskin forma çox ağır, həyati təhlükəli ağırlaşmalar verir: meningit, tənəffüs çatışmazlığı, qaraciyər zədələnməsi, böyrək çatışmazlığı.
Əgər bu ağırlaşmalar baş verərsə xəstə təcili reanimasion tədbirlərə götürülür. Çox nadir halda olsa da Leptospiroz-dan ölüm ola bilər.

Adətən xəstəlik özünü bakteriya yoluxmadan və kontaktdan 1-2 həftə sonra göstərir. Simptomlar isə 10 gündən çox davam edə bilər.

Diaqnoz:

Bunun üçün xüsusi laborator qan, sidik analizləri aparılır. Xəstənin daxili orqanları yoxlanılır. Anamnez toplanılır.

Müalicəsi

Antibiotiklərlə təyin edilir. Eləcə də virus əleyhinə müalicə, ümumi immunitet möhkəmləndirici terapiya aparılır. Xəstələr adətən evdə müalicə alırlar.