BolgeXeber.Com » Xəbərlər » Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı (YENİLƏNİB)

Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı (YENİLƏNİB)

9-02-2019, 15:57
Oxunub: 1 891 Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı (YENİLƏNİB)Sabiq vergilər naziri Fazil Məmmədovun ölüm xəbəri yalandır.

Bu barədə BakuPost-a Gəncə Beynəlxalq Xəstəxanasından məlumat verilib. Bildirilib ki, sabiq nazir ümumiyyətlə bu günlərdə Gəncə xəstəxanasında olmayıb.

"Dünən bizim xəstəxanada Məmmədov soyadlı vəzifəli şəxs rəhmətə gedib. Lakin o, Fazil Məmmədov deyil. Ola bilər ki, onunla qarışıq salıblar”.

BakuPost dəqiqləşdirib ki, sabiq nazir bu günlərdə Gəncəyə getməyib. Hazırda Bakıda, evindədir.

****
Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dünyasını dəyişib.

Bolgexeber.com xəbər verir ki, bu barədə baku.ws-ə Məmmədova yaxın şəxslər məlumat verib. Məlumata görə, keçmiş nazir Gəncədəki klinikaların birində qara ciyər serrozundan rəhmətə gedib.