BolgeXeber.Com » Xəbərlər » İşığın limiti ləğv olunsun – Deputatdan təklif

İşığın limiti ləğv olunsun – Deputatdan təklif

31-05-2019, 14:38
Oxunub: 1 963 İşığın limiti ləğv olunsun – Deputatdan təklif“Biz Milli Məclisdə qazın limitinin aradan qaldırılmasıə ilə bağlı məsələ qaldırmışdıq. Prezidentin tapşırığından sonra limit müəyyən qədər artırıldı. Bu, müsbət addımdır. Hesab edirəm ki, elektrik enerjisinə tətbiq edilən limit də aradan qalxmalıdır”

“Ölkə.Az”ın xəbərinə görə, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.

O, əlavə edib ki, elektrik enerjisi istehlak edən əhali qrupunun vəziyyəti yaxşı deyil: “Yay mövsümü kondisionerin, qış mövsümündə isə soyuq hava elektrik enerjisindən daha çox istifadə etməyi qaçılmaz edir. Hesab edirəm ki, elektrik enerjisi ilə bağlı limit aradan qaıldırılmalıdır”.

Fazil Mustafa kitab üzərində əlavə dəyər vergisinin (ƏDV) götürülməsini təklif edib: “Biz kitab oxuyan cəmiyyət yaratmaq istəyiriksə ƏDV-ni götürməliyik. Gürcüstan və Türkiyədə bu götürülüb.

Həmçinin dövlət büdcəsindən illik rus dili təhsilinə 100 milyon manat ayrılır. Biz bunu özəl sektorun ixtiyarına buraxmalıyıq. Niyə dövlət hesabına xarici dilin öyrənilməsinə bu qədər maliyyə xərcləməliyik. Mən rus dilinin öyrənilməsinə qarşı deyiləm, amma bu sahəni özəl sektor inkişaf etdirməlidir”.