BolgeXeber.Com » Xəbərlər » Siyəzəndə ağır qəza - 2 nəfər öldü, 1-i yaralandı

Siyəzəndə ağır qəza - 2 nəfər öldü, 1-i yaralandı

31-05-2019, 17:40
Oxunub: 1 892 Siyəzəndə ağır qəza - 2 nəfər öldü, 1-i yaralandıSiyəzən rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bakı-Quba-Rusiya yolunun Siyəzən rayonu ərazisində qeydə alınıb.

Belə ki, 45 yaşlı Yaşar Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetməni itirərərək yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlər: Bakı şəhər sakini, 71 yaşlı Larisa İvanovna Lapina və Şabran rayonunun Ağalıq kənd sakini, 27 yaşlı Mövlud Əmiraslanov hadisə yerində ölüb.

“Mercedes”də olan digər sərnişin - Bakı şəhər sakini, 31 yaşlı Nərmin Hacıbalayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.