BolgeXeber.Com » Xəbərlər » Ramil Usubov iki nəfəri işdən çıxardı - Saxtakarlıq və nöqsana görə

Ramil Usubov iki nəfəri işdən çıxardı - Saxtakarlıq və nöqsana görə

1-06-2019, 14:02
Oxunub: 2 096 Ramil Usubov iki nəfəri işdən çıxardı - Saxtakarlıq və nöqsana görəDaxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Əliyev vəzifəsindən azad edilib və sərəncama götürülüb.

Onun işdən azad edilməsinə səbəb işində yol verdiyi nöqsanlar olub.

Nazirin digər əmrinə əsasən, Tovuz Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev vəzifəsindən kənarlaşdırılıb.

Kamil Quliyev saxta şəxsiyyət vəsiqəsi verdiyi üçün xidmətdən xaric edilib.

Qeyd edəək ki, hər iki şəxsin yerinə hələki təyinat yoxdur.