BolgeXeber.Com » Xəbərlər » Mətanət İsgəndərlinin qızı ağır qəzaya uğradı: Avtomobil TIR ilə toqquşub

Mətanət İsgəndərlinin qızı ağır qəzaya uğradı: Avtomobil TIR ilə toqquşub

3-06-2019, 18:58
Oxunub: 1 741 Mətanət İsgəndərlinin qızı ağır qəzaya uğradı: Avtomobil TIR ilə toqquşubƏməkdar artist Mətanət İsgəndərlinin qızı ağır yol qəzasına düşüb

Musavat.com xəbər verir ki, bu haqda sənətçi “Hər şey daxil” verilişində deyib. O, uzun müddət qızının qəzaya düşdüyünü ondan gizlətdiklərini bildirib: "Qızım qabaqda oturub. Amma sürücüyə heç nə olmayıb. Rolda kürəkənimin dostunun yoldaşı olub. Antalyaya gedirmişlər. Bunlar 140-la gedirmiş. Böyük yük maşını, TIR gəlib vurub, Ülkər tərəfdən. Qızım özü də sürücüdür. 14 ildir, maşın sürür. Deyir, bəlkə də, Allah məni saxladı. Hamı məndən gizlədib. Sonra deyirlər ki, yuxular düz deyil. Yuxumda gördüm ki, qara it üstümə gəldi. Həmin ərəfədə Ülkər qəzaya düşüb. Nə şar açılıb, nə də kəməri bağlı olub. Göz qapağı gəlib gözün altına düşmüşdü. Neçə vaxtdır görürəm mənimlə görüntülü danışmır. Deyirəm, Ülkər, mənimlə niyə görüntülü danışmırsan? Cavab verirdi ki, telefonum xarab olub. Deməli, uşağın üzü-gözü nə gündə imiş. Türkiyəyə gedib gördüm, üzü-gözü şişib. Əvvəl dedi ki, hovuzda yıxılıb, sonra qəzaya düşdüyünü bildirdi".