BolgeXeber.Com » Xəbərlər » Novxanıdakı “Diana” restoranında it azyaşlını dişlədi (FOTO)

Novxanıdakı “Diana” restoranında it azyaşlını dişlədi (FOTO)

5-06-2019, 12:14
Oxunub: 2 375 Novxanıdakı “Diana” restoranında it azyaşlını dişlədi (FOTO)May ayının 31-də Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən "Diana” restoranında 6 yaşlı uşağı it dişləyib.

Uşağın valideyninin "Report"a verdiyi məlumata görə, hadisə ofisiantların gözü önündə baş verib, lakin müdaxilə edən olmayıb.

"İt uşağın əlində çörək olduğu üçün onun üstünə cumub. Apardıq Gömrük Xəstəxanasına, orada üzünə tikiş qoyuldu, 1 saylı Şəhər Klinik Xəstəxanasında ("Semaşko”) isə vaksin vurdurduq”, - deyə valideyin bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı həm restoran rəhbərliyi, həm də müraciət etdikləri qurumlar şikayətə əhəmiyyət vermirlər:

"Kamera görüntülərini istədik, Anar adlı şəxs dedi ki, hara istəyirsiniz şikayət edin, bizdə kamera yoxdur. "102"yə, Sumqayıt şəhər İcra Hakimiyyətinə zəng vurdum, polis də, icra da deyir onlar buna görə cavabdehlik daşımır. Beş gün əvvəl də Sumqayıtda oğlan uşağını it dişləyib və uşaq ölüb. Biz hazırda Yasamalda 5 nömrəli poliklinikada qeydiyyatdayıq. İkinci quduzluq əleyhinə vaksin vurdurmuşuq”.
Novxanıdakı “Diana” restoranında it azyaşlını dişlədi (FOTO)