BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda tibb işçiləri peşə bayramını qeyd edir

Azərbaycanda tibb işçiləri peşə bayramını qeyd edir

17-06-2019, 14:41
Oxunub: 1 785 Azərbaycanda tibb işçiləri peşə bayramını qeyd edirBu gün 17 iyun tibb işçilərinin peşə bayramı günüdür.

Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizə ilə bağlı olub. Bununla bağlı olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil edilib. İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli olub.

Müstəqillik dövründə isə ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycanda Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.

Dövlət Statistika Komitəsinin 2018-ci il məlumatına görə, ölkə üzrə orta tibb işçilərinin sayı 52 807 nəfərdir. Əhalinin hər 10 000 nəfərinə düşən orta tibb işçilərinin sayı isə 54 nəfər təşkil edir.