BolgeXeber.Com » Xəbərlər » Prezident yol tikintisinə 13.5 milyon manat ayırdı

Prezident yol tikintisinə 13.5 milyon manat ayırdı

27-06-2019, 17:32
Oxunub: 1 971 Prezident yol tikintisinə 13.5 milyon manat ayırdıPrezident İlham Əliyev Xocəsən-Lökbatan avtomobil yolunun 0-11-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncama əsasən, 64 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.