BolgeXeber.Com » Xəbərlər » “Polisə Dəstək” İctimai Birliyinin sədrinə əməkdaşlıqla bağlı sertifikat təqdim olunub

“Polisə Dəstək” İctimai Birliyinin sədrinə əməkdaşlıqla bağlı sertifikat təqdim olunub

1-07-2019, 17:46
Oxunub: 18 669 “Polisə Dəstək” İctimai Birliyinin sədrinə əməkdaşlıqla bağlı sertifikat təqdim olunubBMT-nin üzvü, Beynəlxalq İnsan Haqları Bürosunun Mərkəzi Asiya Layihəsinin direktoru Firdovsi Ələkbərov və Layihənin Beynəlxalq hüququ eksperti ismayıl Zalovla, Azəraycan Respublikasının “Polisə Dəstək” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Şəmsəddin Əliyev arasında görüş keçirilib

Görüşdə Çıxış edən BMT-nin üzvü, Beynəlxalq İnsan Haqları Bürosunun Mərkəzi Asiya Layihəsinin direktoru Firdovsi Ələkbərov BMT və Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsinin vacibliyindən danışıb. O bildirib ki, bu gün dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmələri onu göstərir ki, ölkəmizin seçdiyi yol düzgün, demokratik, hüquqi və dünyəvi dövlət yoludur. Daha sonra çıxış edən BMT-nin üzvü, Beynəlxalq İnsan Haqları Bürrosunun Mərkəzi Asiya Layihəsinin Beynəlxalq Hüquq eksperti İsmayıl Zalov bildirib ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar deyə İsmayıl Zalov bildirib. Söylənilənlərə həmfikir olan Azərbaycan Respublikasının “Polisə Dəstək” İctimai Birliyinin sədri, ehtiyyatda olan palkovnik Şəmsəddin Əliyev bildirib ki, təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Elə buna görə də Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə tərəfdir. Görüşdə qarşılıqlı münasibətlər, iki qurum arasında əməkdaşlıqa dair müzakirələr və gələcəkdə görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda , Azəraycan Respublikasının “Polisə Dəstək” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Şəmsəddin Əliyevə, BMT-nin üzvü, Beynəlxalq İnsan Haqları Bürosunun Mərkəzi Asiya Layihəsinin direktoru Firdovsi Ələkbərov tərəfindən qurumun əməkdaşlığa dair sertifikatı təqdim olunub.
Bolgexeber.com
“Polisə Dəstək” İctimai Birliyinin sədrinə əməkdaşlıqla bağlı sertifikat təqdim olunub
“Polisə Dəstək” İctimai Birliyinin sədrinə əməkdaşlıqla bağlı sertifikat təqdim olunub