BolgeXeber.Com » Xəbərlər » KaTV müştərilərini aldadır? (ŞİKAYƏT)

KaTV müştərilərini aldadır? (ŞİKAYƏT)

3-07-2019, 12:40
Oxunub: 3 156 KaTV müştərilərini aldadır? (ŞİKAYƏT)KaTV internet xidməti göstərdiyi istifadəçilərini aldadır

Bu barədə müraciət edən Bakı sakini bildirib.
Onun sözlərinə görə, vətəndaş internetdən istifadə edə bilmədiyi günün belə haqqını ödəməyə məcbur olunur. Məsələn siz ötən ayın 1-i ödəniş etmisiniz, bu ay isə ayın 7-i ödəniş etmisiniz. Növbəti ayda sizin internetiniz ayın 1-dən kəsilir. Arada qalan 6 gün kimin hesabına, niyə oturur bilinmir.
Məsələ ilə bağlı şirkətlə əlaqə saxladıq. KaTV-dən bildirdilər ki, sistem belədir: “Əgər pulun dəqiq hesablanmasını istəyirsinizsə, bu halda ancaq yarım aylıq ödəniş etməlisiniz. Yəni, ayın 13-ü də ödəniş etmiş olsanız, internetiniz növbəti ayın 1-də kəsiləcək”.