BolgeXeber.Com » Xəbərlər » Bakıda qadını vuraraq öldürən və qaçan sürücü tutulub

Bakıda qadını vuraraq öldürən və qaçan sürücü tutulub

17-07-2019, 13:37
Oxunub: 2 156 Bakıda qadını vuraraq öldürən və qaçan sürücü tutulubSuraxanı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bolgexeber.com xəbər vrir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.

Belə ki, iyulun 10-da Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxs naməlum markalı avtomobilləyolu keçmək istəyən piyada 1948-ci il təvəllüdlü Şüküfə Qurbanovanı vuraraq hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “Opel” markalı 99-DG-961 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nəzərli Bəhruz Rafayıl oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.