XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı

Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatıXaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakini 25 yaşlı Səfərov Mahir Nəbi oğlu ailəsi sevdiyi qıza elçi getmədiyinə görə özünü öldürüb.

Kənd sakinləri iddia edir ki, Səfərovlar ailəsi imkansız olduğundan, Mahirin Nügədi kəndindən sevdiyi qıza elçi getməyə razılıq verməyib. İntiharın səbəbi kimi də bu göstərilir.

Mahir intihar edəcəyi barədə əvvəlcə sevdiyi qıza məlumat verib. Qız oğlanın ailəsini bu barədə xəbərdar etsə də, artıq gec olub.

Mahirin ipdən asılı olan cansız bədənini öncə nənəsi aşkarlayıb.

Digər məlumata görə, Mahirin intihar edərkən istifadə etdiyi ipi dükandan aldığını çoxları görüb, lakin heç kim buna fikir verməyib.

Bu gün Mahirin üç mərasimidir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, M.Səfərov özünü qohumlarının evinin qarajında hündür yerdən asıb.
Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı
Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı
Bölmə: Xəbərlər | 20 iyul 2019 16:09





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: