BolgeXeber.Com » Xəbərlər » Mehriban Əliyeva məşhur xalq artistinin mənzilini təmir etdirir

Mehriban Əliyeva məşhur xalq artistinin mənzilini təmir etdirir

20-07-2019, 17:26
Oxunub: 2 682 Mehriban Əliyeva məşhur xalq artistinin mənzilini təmir etdirirBu gün xalq artisti, aktyor-rejissor Ramiz Əzizbəylinin doğum günüdür.

Sənətkar ölkə.az-ın əməkdaşıyla söhbətində çoxsaylı təbriklər aldığını bildirib və hər kəsdən razılığını ifadə edib.

Əzizbəyli bir özəl xəbəri də bölüşüb. Onun sözlərinə görə, birinci vitse-prezident Mehriban Əliyeva onun mənzilini təmir etdirir:

"İndi müvəqqəti mənzillə təmin edilmişəm, öz mənzilimizdə təmir gedir. Təmiri Mehriban Əliyeva etdirir. Ona dərin təşəkkürümü bildirirəm".

Qeyd edək ki, R.Əzizbəyli 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 2008-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Ötən ilin avqust ayının 1-də isə "Şöhrət" ordeni ilə təltif edilib. Sənətkara rejissoru olduğu "Bəxt üzüyü" filmi böyük şöhrət qazandırıb.