BolgeXeber.Com » Xəbərlər » Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş şəxs istintaqa cəlb olunub

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş şəxs istintaqa cəlb olunub

24-07-2019, 17:22
Oxunub: 1 718 Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş şəxs istintaqa cəlb olunubPolis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilmişdir

Bu barədə Bolgexeber.com-a DİN və Baş Prokurorluqdan verilən birgə məlumatda deyilir.

Belə ki, fevralın 9-da Bakı-Quba yolunun Binəqədi rayonu ərazisində şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi avtomobillə naməlum kişini vuraraq hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər istintaq hərəkətləri həyata keçirilmişdir.

Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vəfat etmiş piyadanın şəxsiyyəti müəyyənləşdirilərək onun 1962-ci təvəllüdlü Telman Bəhərçiyev olduğu müəyyən edilmişdir.

İstintaqla həmçinin, qeyd olunan yol nəqliyyat hadisəsinin «Nexia R3» markalı «90-PR-481» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ağayev Namiq Qoşqar oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, iyulun 22-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.