BolgeXeber.Com » Xəbərlər » “Haber Turk” Əli Həsənovun nəvəsinin maşınla vurduğu ailədən reportaj hazırladı - Video

“Haber Turk” Əli Həsənovun nəvəsinin maşınla vurduğu ailədən reportaj hazırladı - Video

24-07-2019, 17:27
Oxunub: 2 047 “Haber Turk” Əli Həsənovun nəvəsinin maşınla vurduğu ailədən reportaj hazırladı - VideoTürkiyənin “Haber Turk” kanalında Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin iki il öncə törətdiyi dəhşətli avtoqəzanın türkiyəli qurbanları barəsində reportaj yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, reportajda bildirilir ki, inşaat mühəndisi Mutallip Tekişlə xanımı Songül Tekişin həyatı iki il öncə Azərbaycanda qəzaya düşəndən sonra alt-üst olub.

Qeyd olunub ki, Ə. Həsənovun ailəsi qarşı tərəfin şikayətçi olmamağı üçün müalicə xərclərini öz üzərinə götürdüklərini desələr də, onlar verdikləri vədə əməl etməyiblər. Tekiş ailəsi isə Türkiyənin səlahiyyətli şəxslərinə müraciət edərək kömək istəyib.

“Haber Turk” Əli Həsənovun nəvəsinin maşınla vurduğu ailədən reportaj hazırladı - Video


“Üç uşaqlı, xoşbəxt ailəmiz var idi. İndi isə ancaq əzablı həyatımız var. Uşağımın ən böyük arzusu onun əlindən tutub parka aparmağımdır”, - deyə gəzməkdə çətinlik çəkən Songül Tekiş bildirib.

İş adamı Mutallip Tekiş sözügedən qəzadan sonra işlərini idarə edə bilmədiyindən maliyyə problemləri ilə üzləşib:

“Afrikada olan milyon dollarlıq sərmayələrim iflasa uğrayıb, mallarım gömrükdə qalıb. Türkiyəyə borclarımı verə bilmirəm”.

Xatırladaq ki, 2017-ci il avqustun 3-də Heydər Əliyev prospektində Nail Allahverdiyevin idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobil qarşıdakı maşına dəyərək idarəetməni itirib və əsas yoldan ikinci dərəcəli yola çıxaraq səkidə dayanan 3 piyadanı vurmuşdu. Hadisə nəticəsində Mehdi Əliyev, Vaqif Əsədov həlak olmuşdu. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət almışdılar.

N. Allahverdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.