BolgeXeber.Com » Xəbərlər » Ərdoğanın oğlu Nuru Paşanın ev-muzeyini ziyarət etdi (FOTOLAR)

Ərdoğanın oğlu Nuru Paşanın ev-muzeyini ziyarət etdi (FOTOLAR)

27-07-2019, 15:09
Oxunub: 2 502 Ərdoğanın oğlu Nuru Paşanın ev-muzeyini ziyarət etdi (FOTOLAR)Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycana səfəri çərçivəsində Gəncədə Nuru Paşanın ev-muzeyini ziyarət edib.

Bolgexeber.com Report-a istinadən xəbər verir ki, Nuru Paşanın yaşadığı bu ev onun silahdaşlarından birinin - Nağı bəy Şeyxzamanlının evi olub. Ev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən yenidən qurulub.

Tanışlıq zamanı TİKA-nın gördüyü işlər barədə məlumat verilib, Qafqas İslam Ordusunun xilaskarlıq missiyasından, Bakının düşməndən azad olunmasından, Nuru Paşanın bu missiyanın həyata keçirilməsindəki xidmətlərindən danışılıb.

Sonda Bilal Ərdoğan ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan iyulun 26-da Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında da iştirak edib.