BolgeXeber.Com » Xəbərlər » İstirahət günü hava necə olacaq?

İstirahət günü hava necə olacaq?

3-08-2019, 15:57
Oxunub: 2 459 İstirahət günü hava necə olacaq?Avqustun 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək, mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24°, gündüz isə 30-34° isti olacaq. Bakıda gecə 22-24°, gündüz 32-34° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Abşeron çimərliklərində mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava, əsasən, yağmursuz olacaq, lakin gündüz bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti təşkil edəcək.