BolgeXeber.Com » Xəbərlər » Külək nə vaxta kimi davam edəcək?

Külək nə vaxta kimi davam edəcək?

5-08-2019, 14:32
Oxunub: 2 055 Külək nə vaxta kimi davam edəcək?“Güclü küləyin olacağı ilə bağlı məlumat avqustun 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bütün əlaqədar təşkilatlara xəbərdarlıqlar göndərilib”.

Bu sözləri ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva “Qafqazinfo”ya açıqlamasında deyib. Bildirib ki, küləyin maksimal sürəti bu gün müşahidə olunacaq:

“Bu, gözlənilən bir külək idi. Saat 11:00-da küləyin maksimal sürəti 24-28 m/s arası idi, saat 12:00-a olan məlumata görə, külək artıq 30 m/s, bəzi ərazilərdə 34 m/s-ə kimi güclənib.

Ümumiyyətlə küləkli hava şəraiti yaxın 2 gün ərzində davam edəcək. Yəni, ayın 8-ə kimi şimal küləyi üstünlük təşkil edəcək. Sərin hava şəraiti müşahidə olunacaq.

6-7 avqust tarixlərində isə küləyin sürəti azalacaq. 13-18 m/s və arabir 21 m/s təşkil edəcək”.

U. Tağıyevanın sözlərinə görə, hazırda dalğanın hündürlüyü açıq dənizdə 2,5 metrdir:

“Gün ərzində davam edən güclü küləklə əlaqədar açıq dənizdə dalğanın hündürlüyü 6-8 metr arası inkişaf edəcək.

Belə güclü küləyin müşahidə olunduğu hava şəraitində əhali bir qədər diqqətli olmalıdır. Tikinti aparılan yerlərdən keçmək, maşınları ağacların altında saxlamaq, dənizdə çimmək məsləhət görülmür”.