BolgeXeber.Com » Xəbərlər » Arif Alışanovun qardaşının yerinə təyinat

Arif Alışanovun qardaşının yerinə təyinat

28-08-2019, 17:02
Oxunub: 2 100 Arif Alışanovun qardaşının yerinə təyinatDaxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinə yeni rəis təyin edilib.

Bolgexeber.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Sahib Vəliyev bu vəzifəyə təyinat alıb.

Xatırladaq ki, bir neçə gün əvvəl idarənin rəisi Akif Alışanov vəzifəsindən azad edilərək Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin edilib.

Qeyd edək ki, Akif Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sabiq rəhbəri Arif Alışanovun qardaşıdır.