BolgeXeber.Com » Xəbərlər » "Enerji içkilərinin reklamı qadağan olunsun" - Milli Məclisdə təklif

"Enerji içkilərinin reklamı qadağan olunsun" - Milli Məclisdə təklif

30-09-2019, 14:52
Oxunub: 2 092 "Enerji içkilərinin reklamı qadağan olunsun" - Milli Məclisdə təklif"Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin parlamentin işlər planına salınmasını təklif edirəm”.

Bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında millət vəkili Musa Quliyev bildirib.

Musa Quliyev deyib ki, energetik içkilərin reklamı qadağan olunmalıdır: "Energetik içkilərin gənclərin sağlamlığına zərərli təsiri məlumdur.
Amma telekanalların hamısında bu içkilər reklam olunur. Ona görə də "Reklam haqqında” qanunda energetik içkilərin reklamının qadağan edilməsi vacibdir”.

M. Quliyev "Reproduktiv sağlamlıq haqqında” qanunun bu sessiyada qəbulunun da vacib olduğunu, növbəti sessiyaya qalmayacağına ümid etdiyini söyləyib.