BolgeXeber.Com » Xəbərlər » Ən çox sərxoş şəxslər bu rayonlardadır

Ən çox sərxoş şəxslər bu rayonlardadır

4-10-2019, 14:44
Oxunub: 2 684 Ən çox sərxoş şəxslər bu rayonlardadırÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata əsasən, dünyada spirtli içkilərin zərərli təsirindən ildə təqribən 2,5 milyon insan ölür

Bütün dünyada 20-39 yaşlarda baş verən ölüm səbəblərinin təxminən 25 faizi alkoqol istifadəsi ilə əlaqədardır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) spirtli içkilərə həddən artıq aludəçiliyin 200-dən çox xəstəliyin yaranmasına şərait yaratdığını açıqlayıb. Ürək-damar xəstəliklərinin 25 faizi alkoqolizmdən yaranır.

Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin Baş həkimi Azər Maqsudov Oxu.Az-a açıqlamasında bildirib ki, mərkəzə spirtli içki zəhərlənməsi ilə bağlı olaraq il ərzində 45-60 şəxs müraciət edir:

“Müraciət edənlər, əsasən, gənclərdir. Belə ki, 25-35 yaş arası şəxslər üstünlük təşkil edir. Xanımlar daha çox sərxoşluqla bağlı müraciət edir. Müraciətlər daha çox gecələr sərxoşluqla əlaqədar olur. Vəziyyətləri elə də ağır olmur. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılırlar. Adətən, sərxoş şəxslər Səbail, Nərimanov və Nəsimi rayonlarında yerləşən ərazilərdən gətirilir”.

Baş həkim müraciət edənlər arasında xarici vətəndaşların da olduğunu əlavə edib:

“Ərəblər və digər ölkələrdən gələn şəxslərin müraciəti çox az olur. Onlar, əsasən, sərxoşluqla bağlı gətirilir”