BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda daha bir ŞOK OLAY: - qadını ata bağlayaraq sürüyüblər-FOTO/VİDEO

Azərbaycanda daha bir ŞOK OLAY: - qadını ata bağlayaraq sürüyüblər-FOTO/VİDEO

10-10-2019, 14:24
Oxunub: 2 412 Azərbaycanda daha bir ŞOK OLAY: - qadını ata bağlayaraq sürüyüblər-FOTO/VİDEOAzərbaycanda daha bir ŞOK OLAY: - qadını ata bağlayaraq sürüyüblər-FOTO/VİDEOGoranboyda qadının ata bağlanaraq sürüdülməsinin təfərrüfatı bilinib.

Goranboy Rayon İcra Hakimiyyətinin Əlirzalı kənd icra nümayəndəsi Nizadil Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, Sahilə Ələkbərova qonşusu tərəfindən döyülüb:

“Qonşunun atı digər qonşunun həyətinə keçib. Daha sonra məlum olub ki, at qonşunun həyətindədir və dalaşıblar. Onlar üç nəfər olub. Sahilə Ələkbərovanın əl-ayağını kəndirlə bağlayıb, küçədə sürüyüblər.

Bu zaman səs-küyə qonşular gəlib və qadını onların əllərindən alıblar. Sahilə Ələkbərova hazırda xəstəxanadadır”.

Sahilə Ələkbərovanın həyat yoldaşı Xaliq Bayramovun sözlərinə görə, hadisə barədə ona qonşuları məlumat verib:

“Qonşu mənə zəng etdi ki, yoldaşın ölür, gəl. Getdim ki, qonşular arvadımı onların əlindən xilas edib. At küçədə otlayırmış, həyat yoldaşım onu gətirməyə gedirmiş. Bu zaman qonşu atı öz həyətlərinə salıb.

Daha sonra atın ipini yoldaşımın əlinə dolayıblar. Anası əlindən tutub, oğlu və qızı ağacla döyüblər. Bizim onlarla 6-7 ildir ki, münasibətimiz yoxdur”.

X.Bayramov qeyd edib ki, həyat yoldaşı ilə yanaşı, oğlu da döyülüb:


“Uşağımın da qolundan vurublar”.

Döyülən Sahilə Ələkbərova isə bildirib ki, səhər tezdən atı gətirmək üçün gedib və o zaman döyülüb:

“Atı gətirmək üçün gedəndə gördülər, mən gəlirəm, atı içəri saldılar və mənə hücum etdilər. Yıxdılar məni və əllərimi bağlayıb, döydülər. Qonşular səsə gəlib, məni əllərindən aldı”.

Azərbaycanda daha bir ŞOK OLAY: - qadını ata bağlayaraq sürüyüblər-FOTO/VİDEO
Azərbaycanda daha bir ŞOK OLAY: - qadını ata bağlayaraq sürüyüblər-FOTO/VİDEO