BolgeXeber.Com » Xəbərlər » Xaçmazın yeni İH başçısı Elnur Rzayev kimdir? - DOSYE

Xaçmazın yeni İH başçısı Elnur Rzayev kimdir? - DOSYE

31-10-2019, 17:37
Oxunub: 9 951 Xaçmazın yeni İH başçısı Elnur Rzayev kimdir? - DOSYEPrezidentin sərəncamıyla Xaçmaz rayon İH başçısı təyin edilən Elnur Rzayev yeni təyinata kimi Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Bolgexeber.com xəbər verir ki, Rzayev Elnur Şahbaz oğlu 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub.

1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə "İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb.

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, bundan sonra isə Gəncə ASAN Xidmətin rəhbəri vəzifələrində çalışıb.

Ailəlidir, 3 övladı var.