BolgeXeber.Com » Xəbərlər » İşdən çıxarılan icra başçısına yeni vəzifə verildi

İşdən çıxarılan icra başçısına yeni vəzifə verildi

2-11-2019, 12:26
Oxunub: 2 405 İşdən çıxarılan icra başçısına yeni vəzifə verildiHakim Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının sədri dəyişib


Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Şəmsəddin Xanbabayevə yeni vəzifə verilib.
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının 9-cu konfransı keçirilib.

YAP rayon təşkilatının sədri Nazim Ağayev istefa verib. Yeni sədrin seçilməsi ilə bağlı keçirilən səsvermədə Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şəmsəddin Xanbabayev YAP-ın Xaçmaz rayon təşkilatının sədri seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 31-də imzaladığı sərəncamla Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və Elnur Şahbaz oğlu Rzayev Xaçmaz RİH-in başçısı təyin edilib.

Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. O, 23 oktyabr 2004-cü ildən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı idi.