BolgeXeber.Com » Xəbərlər » Qazaxda toy karvanında silahdan atəş açılıb, təhlükəli anlar yaşanıb - FOTO,VİDEO
Qazaxda toy karvanında silahdan atəş açılıb, təhlükəli anlar yaşanıb - FOTO,VİDEO
11-11-2019, 13:07
Oxunub: 2 292Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb.
APA-nın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan “VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır.
Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.