XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Sabir Rüstəmxanlı qardaşının Almaniyada həbsindən danışdı

Sabir Rüstəmxanlı qardaşının Almaniyada həbsindən danışdıHadisə barədə məlumatlıyam. Ümid edirəm ki, məsələ araşdırıldıqdan sonra aydınlaşacaq”.

Bolgexeber.comxəbər verir ki, bunu Modern.az-a açıqlamasında sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qardaşı Əlövsət Əliyevin adının Almaniyada miqrant alverində hallanmasından danışarkən bildirib.

S.Rüstəmxanlı qeyd edib ki, Əlövsət Əliyev miqrantlara yalnız hüquqi yardım göstərib: “O Azərbaycandan qanunsuz miqrant aparmaqda günahlandırılır. Amma Əlövsət insanlara hüquqi yardım edib, bundan da hamımız məlumatlı idik. Mən burada heç bir cinayət tərkibi görmürəm”.

Saxta sənədlərin hazırlanmasına gəlincə, S.Rüstəmxanlı qardaşına qarşı irəli sürülən bu iddia ilə razılaşmır: “Əlövsətin saxta sənəd düzəltmək kimi işlərlə əlaqəsi və imkanları yoxdur. O ancaq hüquqi yol göstərə bilər ki, insanlar o ölkəyə hansı yolla gedə bilər. Əvvəl də onların evinə gəliblər və axtarışlarda heç bir saxta sənəd tapılmayıb. İndi də tapılan sənədlərin heç biri Əlövsətin evindən çıxmayıb”.

Qeyd edək ki, Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb.

Məlumatlara görə, saxlanılan dəstədə “Legat” İnteqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev də var.
Bölmə: Xəbərlər | 14 noyabr 2019 14:30





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: