BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazov yeni rəisi kollektivə təqdim etdi

Vilayət Eyvazov yeni rəisi kollektivə təqdim etdi

16-11-2019, 17:04
Oxunub: 1 744 Vilayət Eyvazov yeni rəisi kollektivə təqdim etdiBu gün Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək qurumun yeni rəisi polis polkovniki Əlaslan Ağayevi şəxsi heyətə təqdim edib, xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Xatırladaq ki, V.Eyvazovun əmri ilə polis polkovniki Əlaslan Ağayev Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.