XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

3 milyon dolları təyinatı üzrə istifadə etməyən vəzifəli şəxs ifşa edildi

3 milyon dolları təyinatı üzrə istifadə etməyən vəzifəli şəxs ifşa edildi"Metakom” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, İstintaqla "Metakom” MMC-nin direktoru Şövkət Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyətin maliyyə vəziyyəti barədə bilərəkdən şişirdilmiş yalan məlumatlar göstərməklə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyətin xeyrinə QSC "Bank Standard” KB-dən 3 milyon ABŞ dolları məbləğində kredit vəsaitini rəsmiləşdirərək təyinatı üzrə istifadə etməməsinə, 2007-ci ildən əldə etdiyi pul vəsaitini qəsdən ödəməməklə bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Ş.Quliyevə Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə 7 milyon manat məbləğində əmlakı üzərinə həbs qoyulub.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi bundan sonra da bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması istiqamətində kəsərli tədbirlər davam etdirəcək.
Bölmə: Xəbərlər | 19 noyabr 2019 14:44





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: