BolgeXeber.Com » Xəbərlər » İntensiv yağış yağacaq, güclü külək əsəcək – PROQNOZ

İntensiv yağış yağacaq, güclü külək əsəcək – PROQNOZ

21-11-2019, 14:08
Oxunub: 2 958 İntensiv yağış yağacaq, güclü külək əsəcək – PROQNOZNoyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir

Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-6, gündüz 3-5 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 778 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Noyabrın 22-də Abşeron yarımadasında soyuq, rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.