XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Altıağacda qarın hündürlüyü 12 sm-ə çatıb, 9-15 dərəcə şaxta olub - FAKTİKİ HAVA

Altıağacda qarın hündürlüyü 12 sm-ə çatıb, 9-15 dərəcə şaxta olub - FAKTİKİ HAVAEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava barədə məlumat yayıb.

Bolgexeber.com xəbər verir ki, noyabrın 21-i gündüzdən 22-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağıb, bəzi yerlərdə intensivləşib.

Düşən yağıntının miqdarı Astarada 47, Lənkəranda 41, Xaçmazda 20, Balakən, Qəbələ, Zaqatalada 16, Lerik, Sarıbaşda 12, Oğuzda 11, Yardımlı, Tərtərdə, Qusar, İsmayıllıda 9, Şabranda 8, Quba, Neftçalada 7, Altıağac, Qırızda 6, Şamaxıda 5, Bərdə, Beyləqan, Ağdam, Mərəzə, Naftalanda 4, Xaltan, Xınalıqda 3, Ağstafa, Mingəçevir, Ağsuda 2, Gəncə, Daşkəsən, Şəmkir, Şahdağ, Qazıməmməd, Biləsuvar, Sabirabad, İmişli, Göyçay, Cəfərxan, Zərdab, Yevlaxda 1 mm, Sumqayıtda 47 mm (aylıq normanın 169 faizi), Bakıda 11 mm (aylıq normanın 38 faizi), Maştağada 6, Binədə 4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Sarıbaş, Altıağacda 12, Qırız, Xınalıqda 8, Qusarda 7, Mərəzə, İsmayıllı, Qubada 2, Xaltanda, Daşkəsəndə 1, Lerik, Yardımlıda 0,8 sm olub.

Havanın minimal temperaturu dağlıq rayonlarda 9-15 dərəcə şaxta təşkil edib.

Hazırda Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 23-ü gündüzədək davam edəcək.
Bölmə: Xəbərlər | 22 noyabr 2019 13:23





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: