BolgeXeber.Com » Xəbərlər » Milli Məclis yeni Ombudsmanı seçdi - parlamentin buraxılması gələn həftəyə qaldı

Milli Məclis yeni Ombudsmanı seçdi - parlamentin buraxılması gələn həftəyə qaldı

30-11-2019, 09:39
Oxunub: 2 231 Milli Məclis yeni Ombudsmanı seçdi - parlamentin buraxılması gələn həftəyə qaldıMilli Məclis hökumətin iştirakı ilə 2020-ci ilin dövlət büdcəsini qəbul etdi

Noyabrın 29-da Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirildi. İclasda Baş Nazir Əli Əsədov və digər hökumət üzvləri, nazirlər, komitə sədrləri iştirak edirdi.

Spiker Oqtay Əsədov gündəliyə ümumilikdə 23 məsələnin daxil olduğunu bildirdi: “Qanun layihələrinin bəziləri III oxunuş, bəziləri isə II oxunuşdur”.

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” (üçüncü oxunuş) məlumat verən komitə sədri Ziyad Səmədzadə dedi ki, dövlət büdcəsi ölkəmizin milli maraqlarına cavab verir, eyni zamanda ölkə iqtisadiyyatının bütün sahələrində islahatların həyata keçirilməsinə imkan verəcək.

Bundan sonra spikerin təklifi ilə büdcə layihəsi səsə qoyuldu və 92 səs lehinə, 2 səs əleyhinə olmaqla III oxunuşda qəbul edildi.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş) deputatları məlumatlandırdı. Səsvermə ilə qanun layihəsi qəbul olundu.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş) məlumat verdi və layihə qəbul edildi.

“Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” (üçüncü oxunuş) da Z.Səmədzadə məlumat verdi. O dedi ki, 2020-ci il üçün nəzərdə tutulan yaşayış minimumu məqbul səviyyədədir. 103 lehinə, 2 əleyhinə olmaqla sənəd təsdiqləndi.

Beləliklə, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib. 2019-cu il üçün isə yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdi.

Komitə sədri H.Rəcəbli isə Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş) iştirakçıları məlumatlandırdı.

H.Rəcəbli qeyd etdi ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən olunub. 2019-cu ildə isə bu rəqəm 143 manat məbləğində idi.

Komitə sədri onu da dedi ki, layihəyə əsasən, 13 min adam ünvanlı yardıma cəlb olunacaq. Gələn il 90 min ailə ünvanlı sosial yardım alacaq. 101 lehinə, 2 əleyhinə olmaqla qanun layihəsi qəbul edildi.

Spiker hökumətə uğurlar arzuladıqdan sonra kabinet üzvləri alqış sədaları altında iclas zalını tərk etdilər.

“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər də təsdiq olundu. Layihəyə görə, təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədi ilə ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab ediləcək. Layihəyə əsasən, ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” qanun ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətlərin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malik olacaq.

Qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq III oxunuşda qəbul edildi.

Plenar iclasda Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul olundu. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, Vergi Məcəlləsinə 160-dan çox dəyişikliklər edilib və bu dəyişikliklər 7 istiqaməti əhatə edib.

ombudsman azərtac ile ilgili görsel sonucu

İclasda eyni zamanda Milli Məclisin və Hesablama Palatasının 2020-ci il üçün xərclər smetaları təsdiqləndi.

İclasda Azərbaycanda icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarıldı. Layihə barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verdi. Qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, icbari tibbi sığorta haqları aşağıdakı kimidir:

neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi;

Bu Qanunun 15-2.5-ci maddəsində nəzərdə tutulmuş sığortalı tərəfindən - bu Qanunun 15-2.3-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə təqvim ili üçün adambaşına 90 manat;

Bu Qanunun 15-2.3.4-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - minimum aylıq əməkhaqqının 4 faizi;

Bu Qanunun 15-2.3.5-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi;

Bu Qanunun 15-2.3.6-cı maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - 2023-cü ildən etibarən minimum aylıq əməkhaqqının 48 faizi.

Dəyişikliklər Milli Məclisdə müzakirə olunub və II oxunuşda qəbul olundu.

İclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında qanun layihəsi müzakirə olundu. Ombudsman vəzifəsinə namizədlər də iclasda iştirak edirdilər .

Deputat Elmira Axundova əvvəlcə keçmiş Ombudsman Elmira Süleymanova haqqında danışdı: “Əslində onu bu gün burada görmək istərdim ki, bu xoş sözləri o özü eşitsin. E.Süleymanovanın namizədliyi dahi Heydər Əliyevin vaxtında, onun bilavasitə tövsiyəsi ilə parlamentə təqdim olunmuşdu. Və bu 16-17 ildə Elmira xanımın çoxşaxəli fəaliyyəti göz önündə idi. Elmira xanım Ombudsman institutunu sıfırdan yaradaraq onu ölkəmizdə və ölkə hüdudlarından kənar çox hörmətli bir quruma çevirib”. Deputat yeni seçiləcək Ombudsmana uğurlar arzuladı.

Deputat Qüdrət Həsənquliyev çıxış edərkən əvvəlcə əvvəlki Ombudsman Elmira Süleymanovanın fəaliyyətinə tənqidi yanaşdı. Dedi ki, xüsusilə də xalq arasında “Tərtər işi” adlanan cinayət işinin istintaqı zamanı bizim bəzi hərbçilərin ermənilərə işlədiyi, sonradan bəzi şəxslərin işgəncələrə məruz qalması barədə məlumatla yayıldı. “Bu zaman Ombudsman xüsusi diqqət göstərməli idi. İşgəncələr nəticəsində həyatını itirən insanlar olub. Çox təəssüf ki, bu barədə cəmiyyətə məlumat verilmədi”. Q.Həsənquliyev dedi ki, Ombudsman olan şəxs ictimai-siyasi proseslərdən məlumatlı olmalıdır. Bundan sonra deputat namizədlər barədə müsbət fikirlər söylədi. “Mən özüm Səbinə xanıma üstünlük verirəm, hesab edirəm ki, Siyavuş müəllim (Siyavuş Novruzov-E.P. ) də Səbinə xanıma dəstək ola bilər”, Q.Həsənquliyev bildirdi. Deputat onu da dedi ki, Ombudsman haqqında qanuna dəyişiklik etməliyik: “Ombudsmanın səlahiyyət müddəti iki ildir başa çatıb, ancaq biz hələ də yenisini seçməmişik. Ona görə də elə etməliyik ki, yeni Ombudsman əvvəlki Ombudsmanın 7 illik səlahiyyət müddəti başa çatmazdan öncə seçilsin. Ona görə də qanunvericilikdəki boşluq aradan qaldırılmalıdır”.

Deputat Azər Badamov da yeni Ombudsman vəzifəsinə Səbinə Əliyevanın ən layiqli namizəd olduğunu bildirdi.



Komitə sədri Əli Hüseynli də S.Əliyevanın daha şanslı namizəd olduğunu dedi.

Səsvermə nəticəsində S.Əliyeva 104 səs topladı və yekdilliklə yeni Ombudsman seçildi. Digər namizəd Kəmalə Əliyevaya 10 səs lehinə, 28 əleyhinə səs verdi. Spiker səs verməyənlərə irad tutdu: “Təkrar səs verin”. Bu dəfə 14 lehinə, 69 əleyhinə oldu. Kəmalə Abıyevanın lehinə 13, əleyhinə 66 deputat səs verdi.

Qeyd edək ki, hüquq üzrə fəlsəfə doktoru olan S.Əliyeva Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır. Xanım hüquqşunas Azərbaycanın Çin Xalq Respublikasınıdakı sabiq səfiri və millət vəkili Yaşar Əliyevin qızıdır.

Spiker yeni Ombudsmanı təbrik etdi. Bundan sonra Səbinə Əliyeva Ombudsman kimi and içdi. Ombudsman xanım çıxşında bildirdi: “Bu vəzifəyə seçilmək mənim üçün böyük şərəfdir. Mənə etimad göstərib bu vəzifəyə namizədliyimi Milli Məclisə təqdim etdiyinə görə Prezident İlham Əliyev ttp://report.az/persona/ilham-%C9%99liyev/ə öz dərin minnətdarlığımı bildirirəm”. S.Əliyeva ona səs verən bütün deputatlara təşəkkür etdi: “Sizi əmin etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və ölkə başçısı İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün bütün səylərimi əsirgəməyəcəm”. Ombudsman bildirdi ki, vətəndaşların, habelə əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan, əlillərin və digər zəif qrupların hüquq və azadlıqlarının səmərəli qaydada təmin edilməsi insan hüquqları üzrə müvəkkilinin işinin prioritet istiqaməti olaraq qalmaqdadır: “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində soydaşlarımızın kütləvi şəkildə pozulmuş hüquqlarının müdafiəsi, işğal nəticəsində ölkəmizin təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinə çatdırılması, pozulmuş insan hüquq və azadlıqlarının bərpası bu işin mühüm tərkib hissələrindəndir”. S.Əliyeva bu günə qədərki təcrübəyə əsaslanaraq işləri daha da təkmilləşdirməyə çalışacağını da vurğuladı.

Gündəmin digər diqqət çəkən məsələsi barədə isə spiker deputatlara əlavə məlumat verdi. Bildirdi ki, parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar ona müraciət ediblər: “Onlar V çağırış Milli Məclisin buraxılması ilə bağlı növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezident İlham Əliyevə müraciət edilməsi haqqında məsələnin müzakirəyə çıxarlmasını istəyiblər. Mən də bu məsələyə dəstək vermişəm. Dekabrın 2-də gündəlikdə bir məsələ olacaq və bununla bağlı plenar iclas keçiriləcək”. Spikerin sözlərinə görə, qanunverici orqanın buraxılması barədə məsələ bütün deputatlara aiddir: “Bu hər kəsə aiddir, həm siyasi partiyaların üzvlərinə, həm də bitərəf olanlara”.

Elşad PAŞASOY,